Deputat: "Cəmiyyət radikal müxalifəti baykot edir" AÇIQLAMA-ÖZƏL
“Azərbaycan müxalifətinin radikal qanadı hətta Xalq Cümhuriyyəti yaradıcılarının adından belə sui-istifadə etməyə çalışır. Gah onları indiki dövrlə üz-üzə qoymağa cəhd edir, gah onların fikirlərini təhrif edir, gah da radikal müxalifətin onların ardıcılları olduğunu iddia edirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O bildirib ki, radikal müxalifət nə fəaliyyətlərində, nə müstəqil Azərbaycanın maraqlarının qorunmasında heç də AXC yaradıcılarının dəsti-xəttini əsas götürmür: “Bunun nəticəsində cəmiyyət onlarla indiki müxalifət arasında böyük bir fərqin olduğunu görür. Həm onların çağırdığı aksiyaya az sayda insanların gəlməsi, həm də Azərbaycan tarixində görkəmli yer tutan Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağladıqları “tədbirə” cəmi 200 nəfərin yığılması cəmiyyətin radikal müxalifəti baykot etməsini göstərir və bir mənalı şəkildə onlara mesaj verir ki, AXC-nin görkəmli şəxslərindən sui - istifadəyə son qoyun, onların üzərində monopoliya almayın, onlar sizin deyil, bütün Azərbaycan xalqınındır”.
A.Mirzəzadə söyləyib ki, son dövrlərdə müxalifət tərəfindən həyata keçirilməyə cəhd edilən şouların baş tutmaması, onların Azərbaycan cəmiyyətində siyasi nüfuzunun az olduğunu, cəmiyyətin onlara inanmadığını bir daha göstərir: “Cəmiyyət bu gün müstəqilliyimizin qorunmasında, inkişafımızın olmasında beynəlxalq birlikdə yüksək nüfuzun olmasını göstərir. Bunu isə iqtidar ölkə rəhbəri cənab prezidentimiz İlham Əliyevin apardığı siyasət təmin edir ”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB