"Şəhid ailələrinə xüsusi qayğı ilə yanaşılır" RƏY-ÖZƏL

"Şəhid ailələrinə xüsusi qayğı ilə yanaşılır" RƏY-ÖZƏL

“Hər zaman ölkə vətəndaşlarının yanında olan, onların problemləri ilə maraqlanan cənab Prezident şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban Əliyevanın bir qrup şəhid ailəsi ilə görüşünü xatırladan deputat söyləyib ki, görüşdə dövlət başçısının “Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim” fikirləri ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində insan amilinin dayandığının əsas göstəricisidir.

P.Kərimzadə vurğulayıb ki, ölkəmizdə prioritet istiqamət olan sosial siyasət Azərbaycanı dünya miqyasında ən gözəl nümunəyə çevirir: “Dünyanın heç bir ölkəsində aztəminatlı ailələrə Azərbaycandakı qədər diqqət və qayğı göstərilmir. Ölkə başçısının yeni fərmanı ilə birdəfəlik yardımdan yararlanacaq şəhid ailələrinin sayının artması, eləcə də şəhid ailələri üçün nəzərdə tutulan Prezident təqaüdünün artırılması dövlətimizdə torpaq uğrunda həlak olan qəhrəmanlara göstərilən hörmətin bariz ifadəsidir”.

2018-ci ilin aprel ayında yenidən xalqın etimadını qazanan Azərbaycan Prezidentinin ilk Fərmanın da şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olduğunu xatırladan deputat qeyd edib ki, bu istiqamətdə atılan bütün addımlar həm şəhid ailələri, həm də ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə