“Erməni millətçiliyinin fəlsəfəsində çox böyük qüsurlar var”

“Erməni millətçiliyinin fəlsəfəsində çox böyük qüsurlar var”

"Qazaxıstanda bir qrup erməninin yerli qazax millətindən olan gənci qətlə yetirməsi sıradan bir hadisə deyil. Bu əslində xaricdə bəzi erməni diaspor dairələrinin xarakteristikasıdır. İş burasındadır ki, erməni millətindən olan nümayəndələr dünyanın bir çox yerində yaşayırlar və hər yerdə onlar yerli adət-ənənəni və gəlmə olduqlarını nəzərə almaq istəmirlər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, vaxtaşırı bu və ya digər ölkədə erməni diaspor nümayəndələrinin, yaxud müvəqqəti həmin ölkəyə gələnlərin qandonduran hərəkətləri haqqında məlumatlar yayılır: "Məsələn, Amerika Birləşmiş Ştatları etnik ermənilərdən ibarət olan qanqster dəstələri böyük cinayətlər edirlər və ABŞ mətbuatında bununla bağlı çoxsaylı yazılar gedir. Bu yaxınlarda Almaniyada erməni quldurlarından ibarət dəstələrin fəaliyyəti ilə bağlı Almaniya hökumət nümayəndələrinin çıxışları oldu. Rusiyanın özündə erməni nümayəndələrinin özlərini çox sərbəst hiss etməsi, yerli əhaliyə qarşı aqressiyası görünənir. Qazaxıstanda olan əslində erməni diasporunun içində olan o aqressiyanın nümayişidir".

Millət vəkili qeyd edib ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan AŞPA-da çıxışı zamanı bildirmişdi, belə bir faşist ideası irəli sürmüşdü ki, ermənilərlə azərbaycanlılar genetik olaraq uyğun gəlmirlər və bir yerdə yaşaya bilməzlər: "Amma nədənsə özləri türkdilli dövlətlərdə məskunlaşırlar. Qeyri rəsmi məlumatlara görə bu gün Türkiyədə 300 minə qədər erməni yaşayır. Baxmayaraq ki, Ermənistanda Türkiyəyə qarşı rəsmi səviyyədə böyük bir nifrət təbliğ edilir. Qazaxıstanda, Özbəkistanda və digər dövlətlərdə də bunlar var və ilk növbədə biznesdə, siyasətdə, mətbuatda aparıcı yer tutmağa çalışırlar.

Yerli əhaliyə yuxarıdan aşağı baxmaq, onu aşağılamağa çalışmaq nədənsə müəyyən erməni diaspor dairələrinin artıq fəaliyyət növünə çevrilib. Qazaxıstanda bu gün qazax əhalinin ermənilərə qarşı ayağa qalxması, onların Qazaxıstandan çıxarılmasını tələb etməsi görünür artıq son damladır. İndiyə qədər onların fəaliyyəti qazax cəmiyyətidə bir neqativlik doğurub. Qazax cəmiyyətində onların heç də xoşməramlı insanlar olmadığı qənaətinə gəlinib".

A.Mirzəzadə bildirib ki, Ermənistan hakimiyyətinin bu məsələdən ciddi narahat olaraq Qazaxıstanla əlaqə qurub bunu sakitləşdirməyə çalışmasına baxmayaraq, əhalinin yaddaşından onların etdiklərini silmək olmaz: "Qazaxların yaddaşında ötən əsrin 30-cu illərində Qazaxıstana rəhbərlik etmiş etnik erməni Levon Mirzoyanın imzası ilə milyonlarla qazağın günahsız öldürülməsi faktı da var. Bütün bunlar hamısı göstərir ki, erməni millətçiliyinin fəlsəfəsində çox böyük qüsurlar var. Onlar ilk növbədə bu qüsurları aradan qaldırmalıdırlar. Digər xalqlara, ilk növbədə türkdilli xalqlara qarşı nifrəti aradan götürməlidirlər.

Əgər sivil dünyada öz yerlərini tutmaq istəyirlərsə, onlar mehriban qonşuluq siyasətini əsas götürməlidirlər. Bu isə bu gün bəzi erməni diaspor dairələrində yoxdur. Elə Ermənistanın özünün Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, Xocalı faciəsini törətməsi, indiyə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımaması həmin o xislətdən irəli gələn məsələlərdir. Mən hesab edirəm ki, bu cür düşüncə, digər xalqlara, ələlxüsus türdilli xalqlara nifrət hissi ilk növbədə Ermənistana və erməni cəmiyyətinə bundan sonra çox böyük problemlər yaşadacaq".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə