"2019-cu ilin ilk rübündə münaqişənin həlli istiqamətdə dəyişiklik olacaq" AÇIQLAMA-ÖZƏL

"2019-cu ilin ilk rübündə münaqişənin həlli istiqamətdə dəyişiklik olacaq" AÇIQLAMA-ÖZƏL

“Bildiyiniz kimi, Nikol Paşinyan Rusiyaya səfərə hazırlaşır və onun bu səfər ərəfəsində gördüyü işlərdən biri itkin düşənlərlə əlaqədar komissiyanın yaratmasıdır. Ermənistanda belə bir komissiya var idi. Lakin Azərbaycan “hamını hamıya dəyişmək” prinsipini irəli sürəndən sonra Nikol Paşinyan hiylə işlədərək onu ləğv etdi. Əgər Paşinyan yenidən həmin komissiyanı Rusiyaya səfər ərəfəsində yaradırsa, bu o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsi onun üçün vacibdir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Paşinyan məsələnin həllindən yayına bilməyəcəyini başa düşür.

O bildirib ki, bu istiqamətdə Azərbaycanın gördüyü iş iki şahəlidir: “ Həm Azərbaycan Dağlıq Qarabağ istiqamətində özünün müstəqil siyasətini aparır. Dağlıq Qarabağın Azərbaycanlı İcması yenidən qurulması da bu sahədə mühüm işlərin ortaya qoyacağından xəbər verir”.

Politoloq söyləyib ki, ölkə başçısının münaqişəsinin tənzimlənməsi istiqamətində verdiyi bəyanatlar ayrıca siyasi yoldu: “Bildiyiniz kimi Azərbaycan prezidentinin göstərişi ilə Tovuz Qazax istiqamətində Müdafiə Nazirliyinin qoşunlarının geri çəkilməsi, ora Azərbaycanın sərhəd qoşunlarının yeridildi. Ermənilərin fikrincə, Azərbaycan Müdafiə Nazirliyinin qoşunlarını həmin ərazilərdən götürərək Dağlıq Qarabağın işğal olunmuş ərazilərinə daha da yaxınlaşdırır ”.

M. Əhmədoğlu qeyd edib ki, Azərbaycan prezidenti həm siyasi, həm də hərbi sahədə elə işlər görür ki, Nikol Paşinyan Milanda əldə olunan razılaşmadan boyun qaçıra bilməsin: “Boyun qaçıracağı təqdirdə isə Paşinyan başa düşməlidir ki, ordumuz hökmən şəkildə onları itkiyə məruz qoyacaq”.

Politoloq vurğulayıb ki, Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində siyasətinin ikinci istiqamətini Rusiya ilə birlikdə aparılan siyasət təşkil edir: “MDB-nin Düşənbə sammitində Azərbaycan və Ermənistan prezidenti arasında danışıqlar, əldə olunan razılaşmalar Vladimir Putinin vasitəçiliyi, tövsiyəsi ilə baş tutub. İndi Paşinyan başa düşür ki, yaxın vaxtlarda münaqişənin tənzimlənməsindən imtina etsə, o zaman Rusiyanı da itirəcək. Bu baxımdan düşünürəm ki, növbəti ilin ilk rübündə bu istiqamətdə dəyişikliklərin şahidi olacağıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə