Azərbaycanda ilk dəfə olaraq ADU-da romanistika üzrə doktorluq müdafiə edilib
Azərbaycan Dillər Universitetində (ADU) universitet Müdafiə Şurasının iclası keçirilib. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda Bilal Bayram oğlu İsmayılovun "Kommunikativ sintaksis problemləri: fransız dilinin sadə nəqli cümləsi materialı əsasında Azərbaycan dili ilə müqayisədə" dissertasiyası əsasında elmlər doktoru adını müdafiə edib.
Müdafiə Şurasının iclasında çıxış edən ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Dillər Universitetində tarixi hadisənin şahidi olduqlarını deyib. İlk dəfə olaraq Azərbaycanda romanistika üzrə elmlər doktorluğunun müdafiə edildiyini söyləyən rektor uzun illər Azərbaycan romanistlərinin keçmiş SSRİ-nin müxtəlif ölkələrində müdafiə edərək elmlər namizədi, elmlər doktorluğu adını aldıqlarını bildirib: "Ən yüksək səviyyə olan elmlər doktoru adını almaq üçün müxtəlif maneələr törədilirdi. Yaxud da bu cür problemlərdən yorularaq insanlar araşdırma aparmırdılar".
Rektor S.Seyidov hazırda doktorluq səviyyəsində Dillər Universitetinə 3 indeks üzrə - ənənəvi germanistika, xarici ölkələr ədəbiyyatı və xarici dillərin tədrisi metodikası istiqamətində indekslərin verildiyini bildirib. Yalnız bir sahənin kənarda qaldığını xatırladan S.Seyidov romanistikanın inkişafı üçün bütün şəraitin yaradıldığını və bu prosesin bir neçə istiqamətdə aparıldığını vurğulayıb. Bilal İsmayılovu onlarla dərsliklərin, məqalələrin müəllifi, Azərbaycanda fəaliyyət göstərən romanistlər ordusunun müəllimi kimi xarakterizə edən rektor bu gün onunla məsləhətləşdiklərini, onun dərsliklərinə istinad etdiklərini deyib. S.Seyidov vurğulayıb ki, müdafiə işi Dillər Universitetinin tarixinə daxil olmaqla yanaşı, Azərbaycan təhsil tarixinə də daxil olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB