Vüqar Rəhimzadə: “Müsavat Partiyasının sədri kənardan idarə olunur, özünün sərbəst fikri yoxdur” - MÜNASİBƏT

Vüqar Rəhimzadə: “Müsavat Partiyasının sədri kənardan idarə olunur, özünün sərbəst fikri yoxdur” - MÜNASİBƏT

İsa Qəmbər son hərəkəti ilə bütün jurnalistlərə hörmətsizlik edib. Əgər o,  mükafatdan 10 il əvvəl imtina etsə idi, özünü bu mükafata layiq bilməsə idi bunu hardasa başa düşmək olardı. Bu fikirləri SİA-nın müxbirinə "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, İ.Qəmbər indi kiminsə sifarişi ilə belə edirsə, deməli, onun psixioloji  problemi var: "Bunu Müsavat başqanının uğursuzluğunun son mərhələsi hesab edirəm. Son hərəkətləri onun siyasi iflasından  xəbər verir. Bu isə onun siyasətdəki əbədi sonluğu deməkdir. İsa Qəmbər əsəbiləşdikcə cırnamış qiyafədə görünür. Cırnamış adamın isə konkret ifadəsi və iradəsi olmur. Döyükən baxışlarla imdad, kömək axtarır. İndi görək himayədarlar bu fiaskoya uğramışın arxasında duracaqlarmı? Siyasi uğursuzluğu mediada kompensasiya etmək özünü doğrultmayan cəhdlərdəndir. Beləsi qarşısında böyük jurnalist ordusunun dayandığını nəzərdən qaçırmamalıdır. Söz yox ki, İ.Qəmbərin belə anormal hərəkəti bir müddət medianın diqqətində olacaq. Lakin bu uzun çəkməyəcək. Yəni İ.Qəmbərin belə addımla gündəmə gəlmək cəhdinə media təmsilçiləri imkan verməyəcəklər.

 Mən əvvəllər də demişəm və bu gün də təkrar edirəm ki, Müsavat Partiyasının başında duran bu şəxs normal siyasətçi deyil. O, kənardan idarə olunur, özünün sərbəst fikri yoxdur!

Vurulmuş kart heç nəyə gərək olmadığı kimi İ.Qəmbərin də məntiqi sonudur".

Bütün xəbərlər Facebook səhifəmizdə