Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ilin yekunları müzakirə olunub
Dini Qurumlar üzrə Dövlət Komitəsində 2010-cu ilin yekunlarına dair iclas keçirib. Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, ilin nəticələrinə həsr olunmuş geniş kollegiya iclasında respublikanın sosial-siyasi həyatında qazanılmış uğurlar məmnunluqla xatırladılıb, ölkəmizdə dövlət-din münasibətlərinin getdikcə daha da tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, İslam və qeyri-İslam təmayüllü bayram və tədbirlərin keçirilməsi, dindarlar üçün yaradılmış münasib şərait ətraflı müzakirə edilib. Ötən illərlə müqayisədə bəzi zərərli yad dini mərasim elementlərinin tətbiqi və icrasında nəzərə çarpan azalma ardıcıl aparılan müdrik din siyasətinin nəticəsi kimi dəyərləndirilib.
Dini Qurumlarla İş Dövlət Komitəsinin sədri Hidayət Orucov hesabat ilində respublikamızda yüksək səviyyədə keçirilən dini liderlərin ümumdünya Bakı sammitinin böyük ictimai rezonans doğurduğunu bildirib. H.Orucov qeyd edib ki, həmin beynəlxalq tədbir ölkə Prezidenti İlham Əliyevin xüsusi dəstəyi ilə keçirilmişdi.
Çıxışda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin, Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Bakı sammitinin keçirilməsindəki rolu da diqqətə çatdırılıb.
Hesabat ilində dövlət başçımız İlham Əliyevin təşəbbüsü və göstərişi ilə dini-tarixi abidələrimizin təmir və bərpası, yeni ibadət ocaqlarının tikintisi yüksək qiymətləndirildi. Həmçinin, Heydər Əliyev Fondunun da tarixi-dini abidələrimizin təmiri və tikintisi ilə bağlı fəaliyyət proqramını davam etdirdiyini bildirən Dövlət Komitəsinin sədri fikrini belə ümumiləşdirdi: "Müvəffəqiyyətlə başa vurduğumuz ilin yekunları bir daha sübut etdi ki, dövlətin sosial - siyasi xətti müdriklik və varislik prinsiplərilə davamlı aparıldıqda uğur qazanılır".
Hidayət Orucov bildirdi ki, "Dini etiqad azadlığı haqqında" Qanuna edilmiş əlavə və dəyişikliklərdən sonra dini icmaların yenidən qeydiyyata alınmasına başlanmış və bu istiqamətdə işlər davam etdirilməkdədir. Həmçinin, Qanuna edilmiş əlavə və dəyişikliklərə müvafiq olaraq, dini ibadət yerlərinin tikintisinin və mövcud dini ibadət yerlərinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğunun müəyyənləşdirilməsi, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı təlimatlar, dini tədris müəssisələrinin fəaliyyətinin tənzimlənməsi qaydaları hazırlanıb.
Qeyd olunub ki, dini maarifçilik işinin əsas formalarından biri kimi şəhər və rayon icra hakimiyyətləri ilə təhsil ocaqlarında, cəzaçəkmə müəssisələrində və başqa yerlərdə keçirilən seminar-treninqlər, təsisçisi olduğumuz qəzet və jurnalın, eləcə də digər çap məhsullarının əhali arasında yayılması, həmçinin digər qurumlarla birgə gerçəkləşdirilən qabaqlayıcı tədbirlər şübhəsiz ki, öz müsbət təsirini göstərib.
Toplantı iştirakçılarının nəzərinə çatdırıldı ki, dövlət-din münasibətləri vətəndaşların vicdan azadlığının təmin olunmasının əsas tərkib hissəsi, dövlətin təhlükəsizliyinin və onun idarə olunmasının proqnozlaşdırılmasında prioritet istiqamətlərdən olduğundan Dövlət Komitəsinin bütün əməkdaşları, xüsusilə də bölgələrdə çalışan əməkdaşlar analitik müşahidələr aparmalı, cəmiyyətdə sağlam mənəvi mühitin formalaşmasında həm nəzəri-metodoloji, həm də praktik iş formalarına əsaslanmalıdırlar.
Xüsusilə qeyd edildi ki, ölkədəki dini durumun daim sağlam və sivil olması üçün respublika ərazisində fəaliyyət göstərən həm İslam, həm də qeyri-İslam dini icmaları ilə işgüzar münasibətlər ancaq hüquq müstəvisində qurulmalıdır.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin Mərkəzi aparatının və bölgələr üzrə şöbələrinin müdirləri ölkəmizin din sferasında vəziyyətin sabit olduğunu vurğuladılar. Respublikamızın bütün regionlarındakı dini durum müzakirə olundu və belə bir fikir səsləndirildi ki, hər dindar öncə ölkə vətəndaşıdır, onun sağlam mövqedən dini maarifləndirilməsi, vətəndaşlarımızda yad dini təsirlərə milli-mənəvi dəyərlərlə müqavimət göstərmək qabiliyyətinin aşılanması üçün yerlərdə işin obyektiv dini maarifçilik və sosioloji araşdırmalar mövqeyindən aparılması daim gücləndirilməlidir. Çünki məhz bu format çərçivəsində əvvəlki illərlə müqayisədə bu il dini tədbirlərdə, xüsusilə Aşurada və digər mərasimlərdə yad təsirlərin zəifləməsi müşahidə olunmuşdur.
Bütün bunlar göstərir ki, Dövlət Komitəsinin hər bir əməkdaşı, digər müvafiq qurumlar və din ictimaiyyəti vətəndaşların dini heysiyyəti ilə oynamaq fikrinə düşən qüvvələrin ifşa edilməsində, xalqın tapındığı milli-dini inanc yerlərinin, dini-tarixi mərasimlərin məkrli niyyətlərlə idarə olunmasının, cəmiyyət və şəriət qanunlarına zidd vərdişlərin qarşısının alınmasında öz səlahiyyətlərindən layiqincə istifadə etməlidirlər.
Tədbir iştirakçıları, həmçinin yeni ildə qarşıda duran vəzifələr barədə də fikir və təkliflərini bildiriblər.
Hidayət Orucov iclasa yekun vuraraq 2010-cu ilin qurumun fəaliyyətində uğurlu olduğunu vurğulayıb və bildirib ki, Dövlət Komitəsinin əməkdaşları gələcək işlərində ölkəmizdə aparılan müdrik dövlət və din siyasətinin həyata keçirilməsində öz bacarıqlarını əsirgəməyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB