Ulu Öndərə həsr olunan kitab Niderlandda təqdim olunacaq

Ulu Öndərə həsr olunan kitab Niderlandda təqdim olunacaq

Milli Məclisin deputatı Elmira Axundova dekabrın 9-da Niderland Krallığının Haaqa şəhərinə səfər edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, burada millət vəkilinin müəllifi olduğu “Heydər Əliyev: Şəxsiyyət və zaman” adlı kitabın təqdimat mərasimi keçiriləcək.
İngilis dilinə tərcümə olunmuş kitabın təqdimatında Niderland Parlamentinin deputatları, ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri, Avropa Azərbaycanlıları Konqresinin üzvləri iştirak edəcəklər.
Tədbirdə görkəmli dövlət xadiminin ömür yolu, siyasi fəaliyyəti barədə söhbət açılacaq, onunla bağlı xatirələr səsləndiriləcək.
Səfər dekabrın 12-də başa çatacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə