Uzun müddədir "köhnə dostlarım"ın zənglərinə cavab verməkdən yorulmuşam. Konkret sual verirlər: "Niyə Qarabağ uğrunda başlanan birliyə laqeydsən? Niyə məsələ ilə bağlı heç olmazsa fikir söyləmirsən?" Verilən sualları haqlı saysam da, yenə susmağa üsünlük verirdim. Səbəbini az sonra açıqlayacağam.İndilikdə isə bildirirəm ki, sosial şəbəkələrdəki son çıxışlar məni mövzuya müdaxilə eməyə vadar etdi. Çünki ötən əsrin sonlarında olduğu kimi, yenə Qarabağla bağlı birlik yaratmağa can atanların əsl niyyətləri arıq faş olmaqdadır.
Kimlərdi bu gün Qarabağ uğrunda yaranan birliyin "liderlər"i? Qurban Məmmədov, ideoloji rəhbər rolunu ifa eliyir, həyatı boyu ən yaxın bildiyi, dəfələrlə çörək kəsdiyi insanlara arxadan zərbə vuran və bundan zövq alan kimsə! İskəndər Həmidov, 1992-93-cü illərdə daxili işlər naziri olmuş, düşmən güclü hücumlara başlayan kimi vəzifəsindən istefa, doğma yurdunun bir parçası işğal olunanda, düşmənin üstünə getmək əvəzinə, Az TV-nin studiyasına gəlib ordakı həmvətənlərinə hücum edən kimsə!
Rəhim Qazıyev- haqqında danışmağı belə özümüzə layiq bilmədiyimiz, Moskvada, Lefortovoda verdiyi sözə can-başla əməl edib, 1992-93-cü illərdə zəbt etdiyi müdafiə naziri postundan xəyanətlərini reallaşdırmaq üçün məharətlə yararlanan buqələmun!
Pənah Hüseynov- 1992-93-cü illərdə Azərbaycanın Dövlət Katibi və sonra Baş Naziri postlarını zəbt eliyən, oturduğu kresloda qarpız alverinə bənzər biznes quran, Azərbaycanın nə az, nə çox, düz 45 vaqon (45 vaqon X 60 ton = 2700 ton) şərab məhsulunu Sank-Peterburqda yerləşən, erməni ümummilli hərakatının lideri, qatı erməni şovinisti P.Ayrikyana məxsus "Ararat" firmasına, əvəzi ödənilmədən (hər halda rəsmi ödənilmədən...) göndərilməsinin təşkilatçısı olan kimsə!.. Siyahını artırmaq da olardı. Amma bu gün Qarabağı xilas üçün yaradılan "birlik"in Təşkilat Komitəsində bu kimsələrin təmsil olunduğunu görən, ağlı başında olan hər kəs anlayır ki, yenə həmin dalğadı, həmin koordinatdı!
Yəni 1988-89-cu illərdə olduğu kimi, yenə məqsəd Qarabağı xilas adı altında milləti bir yerə toplayıb, sonra bu qüvvədən öz şəxsi maraqlarının həyata keçməsi üçün istifadə etməkdən ibarətdir. Mənim aylardı edilən zənglərə baxmayaraq, bu mövzuda susmağımın da başlıca səbəbi, məhz yaxşı tanıdığım, dabbaxda gönlərinə bələd olduğum bu kimsələrin həmin qurumda olmaları, birliklə bağlı söyləyəcəyim fikirlərin məqsədli şəkildə yanlış izah ediləcəyindən və nəticədə niyyətlərini ustalıqla gizlətməyi bacaran bu kimsələrin xislətindən agah olmayanların məni yanlış anlayacaqlarını düşündüyümdəndir. Amma bu dəfə maskaları tez cırıldı.
Siyasətdə çox naşı olan İskəndər Həmidov güclü siyasi oyunbaz Qurban Məmmədovun tələsinə çox asanlıqla düşdü və Qurbanın dolaşdırıcı sualları qarşısında necə çaşdısa, kartı açıb qoydu ortaya: "Bəli, məqsədimiz Qarabağın xilası adı altında birləşib, xalqın canını bu hakimiyyətdən (???) qurtarmaqdır!" Vəssalam! İzaha ehtiyac varmı? Təbii ki, yox. İzaha deyil, amma bu sözlərə cavab verməyə ehtiyac var. Bu kimsələr dəfələrlə oynadıqları oyunlar hesabına Qarabağdakı məğlubiyyətlərimizi gerçəkləşdirməyə kifayət qədər dəstək veriblər. Onları sadalasaq, nəinki bir qəzet yazısına, qəzetin bir neçə sayına da sığmaz. Yəni onların hakimiyyət, vəzifə, kreslo və pul-para ehtiraslarının zülmünü, otuz ilə yaxındır ki, bir milyondan artıq insan çəkir.
Yenidən həmin oyuna başlayanlar, düşünürlər ki, hər şey unudulub, atalar demiş, yağışlar yağıb, çatlaqlar örtülüb? Amma belə deyil. Əgər bir də belə bir oyuna rəvac verilərsə, əmin olsunlar ki, qarşılarında bu oyunlardan kifayət qədər zülm çəkən Qarabağ köçkünlərini görəcəklər. Buna tam əmin ola bilərlər. Mən də, mənim kimi yurd-yuvasından didərgin düşən milyonlar da Qarabağ məsələsinin, məhz naşı rəhbərlərin naşı idarəçilikləri sayəsində indiki duruma sürükləndiyini, problemin yalnız dövlət səviyyəsində, hərbi-siyasi, diplomatik yolla həllinin mümkünlüyünü yaxşı anlayır. Özfəaliyyətin zamanı çoxdan arxada qalıb.
Bu gün bu problemin çözülməsini istəyən hər kəs, ilk növbədə, dövlətinin nüfuzunun artmasına, ölkədə sabitliyin qorunmasına yönələn vətəndaşlıq mövqeyi nümayiş etdirməlidir. Şükür ki, millətimizin tam əksəriyyəti də belə düşünür və bu yolda əlindən gələni edir. Gizli qapılar arxasında, xarici havadarlarından aldııqları pulların "başını bağlamaq" üçün, məkrli planlar qurub sosial şəbəkələrdə, meydanlarda, anti-Azərbaycan qüvvələrin əlində oyuncaq olan KİV-lərdə hakimiyyəti, iqtidar yetkililərini şər-böhtanla gözdənsalma kampaniyası aparmaq, ölkədəki stabilliyin pozulması, xaos yaranması üçün dəridən-qabıqdan çıxmaq düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.
Amma unutmaq gərək deyil ki, düşmənin qəyirmanı çoxdan quruyub, nə qədər su töksələr də, dəni üyütməyə gücü çatası deyil...
Təhmasib Novruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB