"Rusiya-Ukrayna arasında gərginlik davam edir" ÖZƏL-RƏY

"Rusiya-Ukrayna arasında gərginlik davam edir" ÖZƏL-RƏY

“Ərazisində münaqişənin artıq beşinci il sürdüyü Ukrayna Şərqi Avropada iki dövlətin rəqabət mərkəzində durur. Vaşinqton Kiyevə siyasi və iqtisadi baxımdan, habelə Ukraynanın şərqində Rusiyanın əl tutduğu separatçılarla çarpışmasına dəstəkdə önəmli rol oynayıb. Birləşmiş Ştatlar birgə hərbi təlimlər keçirmək və məhdud sayda letal silah, birinci növbədə tanka qarşı “Javelin” raket kompleksi tədarük etməklə artıq Ukraynaya təhlükəsizlik sahəsində əl uzadır. Təbii ki bu da öz növbəsində Rusiyanı narahat edir. Xüsusilə, ABŞ-ın Ukraynaya silah satışını artırması və Ukraynanın Rusiya ilə qarşıdurmasında potensial qaynar nöqtəyə çevrilmiş Azov dənizində Kiyevin hərbi-dəniz donanmasını gücləndirmək səyləri Rusiya tərəfindən təhlükə siqnalı olaraq qəbul edilib”. Bunu SİA-ya politoloq Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, Rusiyanın qırmızı xətti olaraq gördüyü Ukrayna məsələsi ələlxüsusda 17-ci əsrdən bu yana dənizlərə çıxışın əhəmiyyətli dərəcədə önəm kəsb etməsi Kremli sərt tədbirlər görməyə vadar edir: “Hadisələrin belə inkişafı Belarus paytaxtı Minksdə mənzillənən və Ukrayna münaqişəsinə son qoymağı nəzərdə tutan danışıqlar prosesini pozacaq ki, bu da tənzimlənməni və qarşıdakı ildə Ukraynanın şərqində BMT sülhməramlılarının yerləşdirilməsini şübhəli edir. Hazırda bir neçə gündür Rusiya-Ukrayna arasında gərginlik davam edir.

Xatırlatmaq yerinə düşər ki, gərginlik davam edərkən Rusiya prezidenti Vladimir Putin Krımdakı Yalta şəhərindəki bağ evində 4 gün istirahət edəcək və həmçinin təhlükəsizlik iclasının olması gözlənilir. Yaltanın II Dünya müharibəsindəki rolu hamıya məlumdur.

Rusiyanın növbəti hədəfi Odessa ola bilər. Odessa Qaradənizdəki ən önəmli ticarət limanlarından biri hesab olunur. Xüsusilə, hərbi donanma bazası üçün əlverişli bir yerə sahibdir. Həmçinin Odessa üzərindən Dnesteryanı əraziyə də keçmək əlverişlidir. İki ölkə arasındakı baş verən gərginliyin Rusiya təsirlərini bu cür izah edə bilərik. Belə ki, Rusiya daxilində müxalif qüvvələrin fəallaşmasına gətirib çıxaracaq. Ölkənin daxili iqtisadiyyatına mənfi yöndə təsir göstərək. Xüsusilə, ölkənin daxili pul vahidi rublun dəyərinin düşməsinə və xarici bazarda neftin qiymətinin düşməsi ehtimalı yüksəkdir. Bütün bu hadisələrin fonunda Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi ehtimalı da mövcuddur. Rusiya iqtisadi sanksiyaların ağır nəticələri ilə üzləşərkən digər tərəfdən, Şimali Qafqazda yenidən fəallaşma müşahidə oluna bilər. Ələlxüsus da Çeçenistan ilə İnquşetiya arasında yenidən gərginliyin yaşanması ehtimalı yüksəkdir. Rusiya iqtisadiyyatında böhran yaşadığı bir vaxtda belə bir oyuna getməməlidir. Bəli, oyuna çünki bu Rusiyanı yenidən müharibəyə təşviq etməklə Rusiya iqtisadiyyat sistemini və daxili sistemini içəridən yavaş-yavaş daxildən çökərtilməsi üçün hesablanmış addım olaraq dəyələndirilməlidir. Fikrimcə, Rusiya Suriyada kifayət qədər maliyyə xərcləyib və sanksiyalar nəticəsində xeyli dərəcədə investisiyalardan məhrum olub. Rusiyanın növbəti müharibəyə girişməsi onun iqtisadi sisteminin iflic olmasına gətirib çıxarması deməkdir. Hesab edirəm ki, Rusiya bu gərginliyi çox davam etdirməməli ABŞ-ın və Qərbin oyununa gəlməməlidir. Əks halda bütün bu proseslərin belə davam edəcəyi təqdirdə yaxın 5-10 il ərzində gələcək baxımından Rusiya üçün yaxşı heçnə vəd etmir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə