“Bəyanat Ermənistanın səmimiliyinə dair şübhələr doğurur" - XİN
“Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın səsləndirdiyi və danışıqlar prosesinə Dağlıq Qarabağın cəlb edilməsi ilə bağlı ifadə etdiyi əsassız fikri təkrar edən bəyanatı seçki öncəsi daxili auditoriya üçün nəzərdə tutulsa belə, münaqişənin onsuz da zəif olan həlli prosesinə xələl gətirir və Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi nəticəsində yaranmış "fait accompli" vəziyyətini möhkəmləndirmək niyyətini nümayiş etdirir”. Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
Onun sözlərinə görə, əgər Nikol Paşinyan münaqişənin həllində maraqlı olsaydı, o, ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında aparılan danışıqlar formatına əngəllər yaratmazdı; bu danışıqlarda isə birbaşa iştirakçılar ATƏM (ATƏT) 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə açıq şəkildə müəyyən edildiyi kimi Ermənistan və Azərbaycandır.
Ermənistan baş nazirinin vəzifələrini icra edən şəxsin əsassız və ziddiyyətli bəyanatları onu göstərir ki, o, erməni xalqı üçün “yaxşı gələcəyin qurulmasında” heç də öz sələfindən irəli gedə bilməyəcək. Bu bəyanat, həmsədrlərin bölgəyə səfəri zamanı müzakirə edilmiş ikitərəfli görüş ərəfəsində Ermənistanın səmimiliyinə dair şübhələr doğurur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB