“Azərbaycan dövlətlərlə bərabərhüquqlu əməkdaşlığa söykənən münasibətlər qurur” RƏY-ÖZƏL
“Artıq neçə illərdir ki, Prezident İlham Əliyevin ikitərəfli və çəxtərəfli əsasda həyata keçirdiyi siyasəti və diplomatik gedişlərinin bir-birinin təməli və davamı olduğunu müşahidə etməkdəyik. Burada təsadüfi bir səfər, təsadüfi bir nəticə, hansısa uzaq gedən hədəflərə hesablanmamış bir addım yoxdur. Bunlar düşünülmüş münasibət qurduğumuz, əlaqələr yaratdığımız hər iki ölkənin maraqlarına, onların xalqlarının faydalarına və ümumi məqsədlərə xidmət edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
O bildirib ki, son illərdə Azərbaycan prezidentinin həm böyük, həm keçmiş ittifaq, həm də ən uzaq qitələrdə olan dövlətlərlə bərabərhüquqlu əməkdaşlığa söykənən münasibətlər qurduğunun şahidiyik: “Belarusla münasibətlər də bu qəbildəndir”.
Belarusun Azərbaycanla münasibətlər qurmağa bizim qədər maraqlı olduğunu deyən B.Muradova söyləyib ki, çünki Azərbaycanın bölgədə, regionda inkişafı, iqtisadi, humanitar imkanları, dünya ölkələri sırasında öz yeri və söz, nüfus sahibi olması bir çox ölkələri məqsədlər, hədəflər baxımından Azərbaycanla yaxın olmağa vadar edir.
Milli Məclisin sədr müavini vurğulayıb ki, Belarusun iqtisadi imkanları, coğrafi üstünlükləri bu və ya digər məqsədlər uğrunda mövqe birliyi olması Azərbaycanı Belarusla yaxın münasibətlər qurmağa sövq edən amillərdir: “Azərbaycan Prezidentinin Belarusa səfəri bunun bariz nümunəsi oldu. Ən əsası Belarus prezidenti cənab Lukaşenkonun Dövlət başçısı İlham Əliyevin ünvanına söylədiyi fikirlər, onun şəxsiyyətinə olan hörməti nəinki bir prezident kimi, Belarus xalqının da bir xalq kimi cənab prezidentin bu səfərini çoxdan gözlədiyini vurğulaması bu münasibətlərin nə qədər yüksək səviyyədə, həm qarşılıqlı ikitərəfli əməkdaşlığa, həm də şəxsi dostluğa, şəxsi münasibətlərə əsaslanan bir münasibət olduğunu ortaya qoydu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB