Mais Səfərli: “Əli Kərimlinin partiyası darmadağın olub” MÜSAHİBƏ

Mais Səfərli: “Əli Kərimlinin partiyası darmadağın olub” MÜSAHİBƏ

“Yurddaş” partiyasının sədri Mais Səfərlinin SİA-ya müsahibəsi

- Mais bəy, Əli Kərimli icazəsiz aksiyaya cəhddən sonra da şər və böhtanlarını davam etdirir. Sizcə bu şəxs ictimai rəyə qarşı çıxmaqla nəyə nail olmaq istəyir?

- Azərbaycan demokratik, hüquqi dövlətdir. Bizim həm konstitusiyamızda, həm də qanunlarımızda sərbəst toplaşma azadlığı haqqında müddəalar nəzərdə tutulub. Yəni həm bir Azərbaycan vətəndaşı konstitusiyamız və qanunlarımıza görə istədiyi vaxt aksiyalar keçirə bilər. Ancaq bu cür halar milli və dövlətçilik maraqlarına qarşı olmamalı, insanların rahatlığını pozmamalıdır. Amma bir sıra radikal müxalifət nümayəndələri var ki, qanunlara məhəl qoymurlar. Qanunda nəzərdə tutulur ki, bu hüquqdan istifadə edənlər mütləq icra hakimiyyəti orqanlarına müraciət etməlidirlər. Yəni bu o demək deyil ki, kim nə vaxt istədi, harda istədi kütləvi aksiya keçirə bilər. İcra hakimiyyəti orqanları yerlər ayırır və həmin yerlərdə aksiya keçirmək olar. Əgər Ə.Kərimli aksiya keçirmək istəyirdisə, bunu mütləq icra hakimiyyəti orqanları ilə razılaşdırmalı idi.

- Ə.Kərimli qanuna qarşı çıxmaqla, kimlərinsə göstərişini yerinə yetirdiyini demək olarmı?

- Bəli, Ə.Kərimlinin son addımları şübhə doğurduğundan, onun kimlərinsə sifarişini yerinə yetirdiyi ehmilları yaradır. Çünki, aksiya keçirmək istəyən qanuna müvafiq addım atmalıdır. Kütləvi aksiyanın keçirməsi digər insanların hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Yenə deyirəm, aksiya keçirmək üçün icra hakimiyyəti orqanlarına müraciət etmək, onların razılığını almaq birmənalı şəkildə lazımdır. Bu təkcə bizdə deyil, demokratik, hüquqi dövlətlərin hamısında belədir.

- Bu o anlamı yaratmır ki, müxalifət demokratik mühitdən sui-istifadə etməklə, siyasi maraqlarını həyata keçirməyə cəhd edir?

- Demokratiya anarxiya deyil ki, istədiyini edəsən, azadlıq bu demək deyil ki, istədiyin hərəkətləri, davranışı sərgiləyə biləsən. Demokratiya ilk növbədə qanunlara və insan hüquqlarına hörmət deməkdir. Əgər sən hər hansı bir addımınla, davranışınla başqa vətəndaşların hüquqlarını pozursansa deməli sən artıq demokratik hərəkətlərə yol vermirsən. Yəni artıq qanunazidd hərəkətlərə yol verirsən. Radikal müxalifət düşərgəsinin nümayəndələri məhz bu cür davranış sərgiləyirlər ki, bu da haqlı olaraq ictimai narazılıqlar yaradır.

- “Milli Şura”nın sədri Cəmil Həsənlidə keçirdiyi mətbuat konfransında ənənəsinə uyğun olaraq şər və böhtan kampaniyasından geniş şəkildə istifadə etdi. Sizcə, şantaj və böhtanla siyasi istəklərə nail olmaq olarmı?

- Bunlar şər və böhtan kampaniyasını aparmaqla diqqət mərkəzinə çevirilməyə çalışırlar. Çünki C.Həsənli və Ə.Kərimli artıq unudulmuş siyasətçilərdir. Yəni adları çəkilən şəxslər cəmiyyətə normal çağırışlar verə bilmir, bu azmış kimi partiya quruculuğu həyata keçməkdən məhrumdurlar Bu baxımdan Ə.Kərimlinin partiyası darmadağın olub. Artıq onların rəhbərlik etdikləri partiyalarda 3-5 nəfərdən və öz yaxın dostlarından başqa ətraflarımda heç kəs qalmayıb. Ona görə də, yersiz hərəkətləri ilə xaricdə olan bəzi qüvvələrin diqqətini özlərinə cəlb etməklə bir müddət gündəmdə qalmaq istəyirlər. Bildiyiniz kimi, Azərbaycanı xaricdə istəməyən dairələr var. Həmin dairələr ölkəmizdə xoşagəlməz bir hal yaratmaq istəyirlər. Ə.Kərimli, C.Həsənli kimilər onların istək və arzularının icraçılarına cevriliblər, təbi ki, maliyyə yardımı almaları qarşılığında. Amma nə etmələrindən asılı olmayaraq, onlar məkrli niyyətlərini həyata keçirə bilməyəcəklər. Çünki Azərbaycan güclü və qüdrəli dövlətdir və burada heç bir qüvvə, o cümlədən tör-töküntüdən ibarət olan müxalifət pozucu məqsədinə nail ola bilməyəcək.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə