“XXI əsrin 10 ili: Azərbaycanın inkişaf strategiyası” adlı konfrans keçirilib - TƏDBİR

“XXI əsrin 10 ili: Azərbaycanın inkişaf strategiyası” adlı konfrans keçirilib - TƏDBİR

Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "XXI əsrin 10 ili: Azərbaycanın inkişaf strategiyası" adlı konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda YAP-ın icra katibi Əli Əhmədov, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov, kənd təsərrüfatı naziri İsmət Abasov, Azərbaycan Respublikasının. Qiymətli Kağızlar uzrə Dövlət Komitəsinin Rüfət Aslanlı, millət vəkilləri və partiyanın tanınmış simaları iştirak edib.

 

YAP-ın sədr müavini Ə.Əhmədov konfransı açaraq bildirib ki, son 10 il Azərbaycan tarixinin ən şərəfli dövrü kimi tarixə düşüb. O, qeyd edib ki, bu dövr Azərbaycan tarixinin ən önəmli hadisələri - iqtisadiyyatın inkişafı, dövlətin qüdrətinin artması ilə yadda qalıb. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinin başlıca amili olan və ümummilli lider Heydər Əliyev siyasətinin ən önəmli fundamental əsasları kimi çıxış edən neft strategiyasının uğurla həyata keçirilməsini, Azərbaycanın iqtisadi gücünün 3 dəfədən çox artmasını, dövlət büdcəsinin 10 dəfədən çox artmasını, məhz bu 10 ilin tarixi çərçivəsində reallığa çevrildiyini qeyd edən YAP-ın icra katibi vurğulayıb ki, bu dövr Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlətçilik siyasətində çöx önəmli addımların atılması ilə yadda qalıb: "Bunun ən ümumiləşmiş nəticələri onunla özünü göstərir ki, bu illər ərzində əsası Heydər Əliyev tərəfindən qoyulmuş konsepsiyanın istinad etdiyi üç sütun qəti şəkildə formalaşıb. Güclü dövlət, müasir iqtisadiyyat və azad insan. Cənab prezidentin dediyi kimi, artıq Azərbaycanda keçid dövrü də başa çatıb. Bu 10 il Azərbaycanın iqtisadi, sosial, siyasi, mədəni inkişafının əlamətdar bir mərhələsi olaraq tariximizə daxil olub və əminliklə deyə bilərik ki, bu on il ərzində yaradılan etibarlı bünövrə növbəti illərdə Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş konsepsiyanın prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi üçün etibarlı əsas rolunu oynayacaq. Bu on il Azərbaycanın müasir tarixinin ən şərəfli dövür kimi yaddaşlarımıza həkk olunub. Azərbaycan insanı bütün parametrlərinə görə özünü bundan sonra daha rahat hiss edəcək".

 

Konfransın keçirilmə vaxtının heç də təsadüfi seçilmədiyini söyləyən Ə.Əhmədov dekabrın 24-də prezident İlham Əliyevin doğum günü olduğunu diqqətə çatdırıb. Son 10 illik tarixin 7 ilinin məhz İlham Əliyevin adı ilə bağlı olduğunu deyən partiyanın icra katibi dövlət başçısını ad günü münasibətilə təbrik edib və ona can sağlığı, Azrəbaycanın inkişafı, işğal olunmuş torpaqların azadlığı uğrunda apardığı fəaliyyətində uğurlar arzulayıb.

 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov çıxışında son 10 ili üç - faciəvi, təhlükəli və inkişaf dövrünə bölüb. 2003-cü il dekabrın 12-də tanrının ümummilli lider Heydər Əliyevi Azərbaycan xalqının əlindən aldığını bildirən Ə.Həsənov həmin ildə keçirilən prezident seçkilərindən bir gün sonra, yəni oktyabrın 15-də Azərbaycanın təhlükə ilə üz-üzə qaldığını söyləyib. O, qeyd edib ki, bu təhlükənin aradan qaldırılmasından sonra Azərbaycan böyük inkişaf dövür başlayıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri son 10 ildə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın türk dünyasının, eləcə də islam dünyasının, beynəlxalq iqtisadi forumların, mədəniyyət tədbirlərinin mərkəzinə çevrildiyini vurğulayıb.

 

Kənd təsərrüfatı naziri İsmət Abasov aparılan aqrar islahatlarının tam zamanında həyata keçirildiyini deyib. O, qeyd edib ki, əhalinin ərzaqla tam təmin olunması üçün mühüm tədbirlər görülüb. Nazir bütün kənd təsərüffatı məhsularında 2000-ci ildən bu yana ciddi artımların olduğunu diqqətə çatdırıb.

 

Sonda çıxış edən Qiymətli Kağızlar uzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı hər bir dövlətin inkişafının düşünülmüş və uzaqgörən siyasətdən, müdrik və cəsarətli liderlərdən asılı olduğunu vurğulayıb. Ümummilli lider tərəfindən yaradılan strategiyanın İlham Əliyev tərəfindən yeni bir formatda davam etdirildiyini söyləyən R.Aslanlı məhz bu siyasət nəticəsində dünya maliyyə böhranının Azərbaycandan yan keçdiyini dilə gətirib. Konfransın rəsmi hissəsi başa çatdıqdan sonra ziyafət təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə