Ermənistanın “Jamanak” qəzetinin yazdığına görə, ölkədə bar, restoran və klub sahiblərinə qarşı açıq-aşkar vergi terroru törədilir. SİA adıçəkilən erməni qəzetinə istinadən xəbər verir ki, vergi müfəttişləri xəbərədarlıqsız şəkildə sözügedən müəssisələrə gedərək, obyektlərdə yoxlamalar aparırlar.
“Hazırda bu obyektlərin sahibləri nə qədər cərimə olunacaqlarını gözləyirlər”, yazan qəzet daha sonra qeyd edir: “Ermənistanda pul yığımı üçün ən etibarlı yol bizneslərə qarşı cərimələrin təqdim edilməsidir. Çünki vergilər çox yüksəkdir və insanlar qanun müqabilində deyil, qanundan kənar fəaliyyətə üstünlük verməyə məcbur olurlar. Hələ ki, işləyirsən, demək ki, cərimələnməlisən. Ermənistanın vergi orqanları bu şüar altında işləyirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB