Türkiyəli mütəxəssis azərbaycanlı həkimlərə təkmilləşdirmə kursları keçir
Həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə Türkiyənin Səhiyyə Nazirliyinin nəzdindəki Ankara Etlik Doğum Evinin mütəxəssisi, akuşer-ginekoloq doktor Mustafa Urfi Tatar tərəfindən azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirilir.
SİA-nın xəbərinə görə, kurslar əsasən ginekologiyanın aktual məsələlərinə, patoloji doğuş, doğuş qanaxmaları və doğuş zamanı yarana biləcək hər hansı bir fəsadın vaxtında aradan qaldırılması kimi mövzulara həsr olunub. Təlimlərə Gəncə və ətraf rayonlarında fəaliyyət göstərən tibb müəssisələrində çalışan 70 mama-ginekoloq cəlb edilib.
Dekabrın 27-dək damam edəcək kurslar Gəncə Perinatal Mərkəzin bazasında keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB