Gəncə ətrafı rayonların qazı kəsilib

Gəncə ətrafı rayonların qazı kəsilib

Gəncə şəhərinin ətraf rayonlarına mavi yanacağın verilişi müvəqqəti olaraq dayandırılıb. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Qaz İstismarı İdarəsinin rəisi Şubay Nəsibov məlumat verib.

Onun sözlərinə görə, Göygöl və Samux rayonlarında qazın dayandırılması ana xətdə olan nasazlıqla bağlıdır. Ş. Nəsibov həmçinin əlavə edib ki, mavi yanacağın verilişi, bu gün, saat 17.00-a və ya axşam saatlarına kimi bərpa ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə