"Onkoloji xəstələrə şiş əleyhinə dərmanlar üçün ayrılan vəsait kifayət etmir"

"Onkoloji xəstələrə şiş əleyhinə dərmanlar üçün ayrılan vəsait kifayət etmir"

"Azərbaycanda onkoloji xəstələrin müalicəsi üçün tələb edilən şiş əleyhinə dərmanların alınması üçün maliyyə vəsaitinin artırılması lazımdır. Düzdür bunun üçün maliyyə ayrılır, Lakin bu preparatların həddindən baha olmasını və yeni preparatların meydana çıxmasını nəzərə alaraq, bu vəsaitin artırılmasına böyük ehtiyac var". SİA-nın məlumatına görə, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə komitələrin birgə icasında büdcə zərfinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Onun sözlərinə görə, ayrılan vəsait dərmanların əldə edilməsinə kifayət etmir və xəstələr adekvat müalicə ala bilmirlər.

2019-cu il üçün nəzərdə tutulan büdcə layihəsinin sosial yönümlü olduğunu deyən Ə.Əmiraslanov qeyd edib ki, səhiyyə sahəsində ən ağır xəstəliklər üzrə 16 dövlət proqramı həyata keçirilir: “Təkcə şəkərli diabet və xrocini böyrək çatışmazlığı 15 milyon manat əlavə nəzərdə tutulur. Ölkəmizin 3 bölgəsində icbari tibbi sığorta layihəsi pilot olaraq, həyata keçirilir. Bu pilot layihə gözəl nəticəsini verir. Məncə, yaxın gələcəkdə ölkəmizdə icbari tibbi sığortaya tam olaraq, keçiriləcək”.

Ə.Əmiraslanov əlavə edib ki, ölkəmizdə kök hüceyrə mərkəzinin yaradılması da vacibdir: “Bununla bağlı müxtəlif insatansiyalara müraciət edilib. Azərbaycanda belə mərkəzin yaradılmasını minlərlə insan gözləyir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə