"ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur" TƏKLİF

"ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur" TƏKLİF

“ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Bu, bir qədər səs-küylü bəyanat ola bilər. Amma buna cəmiyyət, dövlət qərar verməlidir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Zahid Oruc Parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, danışıqlar birbaşa Ermənistan və Azərbaycan rəhbərliyi arasında keçirilməlidir: “Bunun üçün danışıqlar komissiyası formalaşdırmaq olar ki, işin praktiki, texniki tərəflərini hazırlasın. Gələcəkdə bu görüşlərə Dağlıq Qarabağ icmalarının nümayəndələri də cəlb edilə bilər. Beynəlxalq dairələrin bu məsələyə qarışmış əllərini bir qədər neytrallaşdırmaq lazımdır ki, danışıqlar aparmaq mümkün olsun. Bunun nəticəsinə daha çox inamlı yanaşıram, nəinki ATƏT-in Minsk qrupuna”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə