Umud Rəhimoğlu: “Reketçilik jurnalistikamız üçün böyük bəlaya çevrilib” AÇIQLAMA

Umud Rəhimoğlu: “Reketçilik jurnalistikamız üçün böyük bəlaya çevrilib” AÇIQLAMA

"Reketçilik jurnalistikamız üçün böyük bəlaya çevrilib”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, yəni özünə həyatda uyğun bir iş tapa bilməyən, jurnalistikanın dəyərləri haqqında anlayışları olmayan insanlar bəzən qələm götürüb jurnalistəm deyə insanlar haqqında xoşagəlməyən şəkildə yazılar yazırlar, şantaj edirlər və bunun qarşılığında müəyyən pul almağa çalışırlar: “Bu cür hallar bizim üçün çox üzücü bir durumdur. Son illər Azərbaycan Mətbuat Şurası reketçiliyə qarşı mübarizə tədbirlərini gücləndirib və bu istiqamətdə çox böyük irəliləyişlərə nail olunub. Print mediada bununla bağlı olan məsələlər demək olar ki, böyük faiz dəyişikliyi olmuşdur. Bəzən görürsən ki, bir insan bir necə müxtəlif adlarda, bir-birindən fərqli saytlar yaradır və bunun əhatəsində jurnalistikamıza yad olan bir şəbəkə formalaşdırırlar. Bu da müəyyən problemlər yaradır. Həm cəmiyyətimizdə, həm, jurnalistikamıza özünün yaraşmayan məsələlər çıxır ortalığa. Bununla bağlı qanunvericilikdə bəzi boşluqlar var. Müstəqillik əldə etdikdən sonra mətbuat üzərində senzuranın ləğv edilməsi, Mətbuat və İnformasiya Nazirliyinin fəaliyyətinin dayandırılması müstəqil medianın inkişafı üçün atılan addımlardır və bunun da xeyli müsbət nəticələrini görürük. Amma bizim qanunvericilik bazasında bir sıra məsələlər var ki, bunlar xüsusən də internet media ilə bağlı olan məsələlərdir. İnternet media təkmilləşməlidir və bu cür şər böhtan xarakterli yazılarla çıxış edən saytların fəaliyyəti ilə bağlı ölçü götürmək üçün müəyyən hüquqi baza olmalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə