İlin sonunadək XİN başçılarının görüşü keçiriləcək

İlin sonunadək XİN başçılarının görüşü keçiriləcək

ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər. SİA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O qeyd edib ki, bu ilin sonuna qədər Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında daha bir görüşün keçirilməsi nəzərdə tutulub: "Görüşün tarixi və yeri barədə dəqiq məlumat yoxdur. Həmsədrlərin regiona səfəri zamanı bu barədə müzakirə aparılacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə