"Bakı prosesi mədəniyyətlərarası dialoqu gücləndirməkdə mühümdür"
"Artıq Bakı prosesinin 10-cu ildönümünü qeyd edirik. Bu proses mədəniyyətlərarası dialoqu gücləndirməklə, daha mükəmməl təhsil, məlumat sistemlərinin yaradılması, digər məsələlərin müzakirəsində mühümdür". SİA-nın xəbərinə görə bunu UNESCO-nun baş direktorunun müavini Enqida Qetaçyu VI Bakı Humanitar Forumunun açılış mərasimində çıxış edərkən bildirib.
O bildirib ki, bu gün günümüzdə yaradıcı mədəniyyət mühüm əhəmiyyət kəsb edir: "UNESCO mədəni müxtəlifliyin təşviqi istiqamətində fəaliyyət göstərir. Artıq dünyanın 180 şəhərində musiqi, media incəsənəti inkişaf etməkdədir. Azərbaycanda Şəki buna nümunədir. Şəki İpək yaradıcılığı məsələsində seçilən şəhərlərdən biridir".
Günümüzdə yeni məlumatları əldə etmək üçün internetdən istifadə edildiyini deyən Enqida Qetaçyu söyləyib ki, vətəndaşlar lokal deyil, qlobal səviyyədə internetdən istifadə edir. Onun sözlərinə görə, iqlim dəyişikliy də dünyanın əsas çağırışlarının biridir: "Bu sahə yaşıl iqtisadiyyata cığır açan sahədir. Biz zamanla buna uyğunlaşmalı, bütün istedadarımızdan istifadə etməliyik".
Dünyada milyonlarla gəncin oxuma riyaziyyat savadına malik olmadığını deyən təşkilat rəsmisi söyləyib ki, təhsilə çıxışı təmin olunmalıdır: "Bunun özü də dayanıqlı inkişaf, insan hüquqlarından mühüm ünsürlərdir. Dünyada təhdidlərdən biri internetdə yanlış informasiyaların yayılmasıdır. Burada savadlılıq təbliğ etmək, media internet savadlılığını təmin etmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB