Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin iclas zalında "Mən Vətənimi sevirəm" adlı vətənpərvərlik mövzusunda olan mahnılardan ibarət konsert keçirilib.
İdarədən SİA-ya verilən xəbərə görə, tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Səadət İmanova, "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Aşumov iştirak ediblər.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov çıxış edərək "Mən Vətənimi sevirəm" adlı vətənpərvərlik mövzusunda olan mahnılardan ibarət konsert proqramının keçirilməsinin əsas məqsədindən danışaraq Azərbaycanda musiqi sənətinin inkişaf etdirilməsi, bu sahədə bacarıqlı gənclərin üzə çıxarılması, tələbə - gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların asudə vaxtlarının səmərəli təşkilindən ibarət olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Səadət İmanova və "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Aşumov da ilk növbədə tədbir iştirakçılarını salamlamış, "Mən Vətənimi sevirəm" adlı vətənpərvərlik mövzusunda olan mahnılardan ibarət konsert proqramını təşkil edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyinə öz minnətdarlığını bildirmiş, tədbirin əhəmiyyətindən danışaraq, bundan sonra da vətənpərvərlik mövzusunda konsert proqramlarının gələcəkdə də daha çox keçiriləcəyini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB