Vladimir Putin Kiyevin Rusiyaya qarşı düşmənçilik əlaqəsi ilə bağlı xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb. SİA-nın xəbərinə görə, bu barədə Kremlin rəsmi saytında dərc edilib.
Məlumata görə, bu, Ukraynanın Rusiya Federasiyasının vətəndaşı və hüquqi şəxslərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı beynəlxalq hüquq normalarına zidd olan hərəkətlərinə qarşı cavabdır.
Xəbər verilir ki, Rusiya xüsusi iqtisadi tədbirləri Ukraynanın Rusiya vətəndaşları və iş adamlarına qarşı tətbiq etdiyi sanksiyalar ləğv edəcəyi təqdirdə ləğv edəcək.
Hökumətə bununla bağlı tədbirlər hazırlamaq və onlara tabe olan şəxslərin siyahısını müəyyən etmək tapşırılıb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB