“İRƏLİ” XXV Dünya Qış Universiadasına təşkilatı dəstək göstərəcək

“İRƏLİ” XXV Dünya Qış Universiadasına təşkilatı dəstək göstərəcək

Universiadalar hər 2 ildən bir keçirilən və dünyanın müxtəlif ölkələrindən gənclərin qatıldığı ən böyük idman yarışmasıdır. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadənin SİA-ya verdiyi xəbərə görə, Universiadalar Olimpiya oyunları kimi 2 hissəyə (yay və qış universiadaları) ayrılır. Növbəti, XXV Dünya Universitetlərarası Qış İdman Oyunları 27 yanvar - 06 fevral 2011-ci il tarixlərində Türkiyənin Ərzurum şəhərində keçiriləcəkdir. Universiadaya 5 qitənin 57 ölkəsindən 3000 nəfərdən artıq idmançının qatılması gözlənilir.

"İRƏLİ" İctimai Birliyi və Ərzurum "Sivil Toplum Dəstəkləmə Dərnəyi" arasında əldə olunan razılaşmaya əsasən "İRƏLİ" İctimai Birliyi bu tədbirin təşkil olunmasında öz dəstəyini göstərəcəkdir. Bu məqsədlə təşkilatın fəallarından ibarət 20 nəfərlik nümayəndə heyətinin göstərilən müddətdə Ərzuruma səfəri planlaşdırılır. Müsabiqə əsasında seçilmiş nümayəndə heyətinin tərkibi müəyyən edilmiş və səfərə hazırlıq başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə