"Frankofoniya Təşkilatı uğrunda Fransa-Kanada qarşıdurmasını təsadüfi saymaq olmaz" RƏY-ÖZƏL
"Dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin Ermənistanda keçirilməsi qərarının özü belə sadalanan prinsiplərə ironik, aşağılayıcı münasibətin növbəti təzahürüdür". Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.
Təşkilatın yaradılmasında əsas hədəfin Fransanın keçmiş və hazırda mövcud olan koloniyaları üzərində “mədəni” nəzarətini qoruyub saxlamaqdan ibarət olduğunu deyən siyasi şərhçi Fransanın bu təşkilata bu gün də eyni kontekstdən yanaşdığını dilə gətirib: "Özünü demokratik dəyərlərin daşıyıcısı hesab edən bir ölkənin XXI əsrdə koloniyalarının sahəsindən asılı olmayaraq müstəmləkəçilik siyasətini davam etdirməsi beynəlxalq hüququn, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının ayaqlar altına atılmasıdır. Fransanın işğalçı Ermənistanı özünün kiçik bacısı hesab etməsinin səbəbini də elə burada axtarmaq lazımdır. Fransa ilə Kanada arasında Beynəlxalq Frankofoniya Təşkilatına sahiblik uğrunda qarşıdurmanın yaranmasını və bunun Ermənistanda baş verməsini təsadüfi saymaq olmaz".
E.Mirzəbəyli qeyd edib ki, Fransa Beynəlxalq Frankofoniya Təşkilatına ənənəvi olaraq öz ilkin təyinatı – mədəni imperializm aləti kimi yanaşır: "Bu, Fransa üçün təbii sərvətləri zəngin olan keçmiş koloniyaları üzərində üstünlüyünü qoruyub saxlamaq, onların təbii sərvətlərini soyub-talamaq, Afrika kimi nəhəng bir bazarda dominant rolunu əldən verməmək üçündür. Son zamanlar Kanadanın Afrika istiqamətində yürütdüyü siyasət, qitə bazarında mövqelərini gücləndirməsi Fransanı ciddi şəkildə narahat edir. Kanada Fransanın keçmiş koloniyalarında Paris üçün ənənəvi olan sahəni – avtomobil ixracını də ələ keçirir. Bu baxımdan Yerevanda baş verən qarşıdurmanı daha çox geosiyasi və geoiqtisadi maraqların toqquşması müstəvisindən dəyərləndirmək lazımdır. Frankofoniya təşkilatının baş katibinin “bu təşkilat ölüdür” deməsi də qurumun elan etdiyi prinsiplərdən uzaqlaşdırılması istiqamətində Fransanın göstərdiyi səylərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB