Azərbaycanda ötən illərlə müqayisədə bu il insan alveri qurbanlarının sayında azalma müşahidə olunub

Azərbaycanda ötən illərlə müqayisədə bu il insan alveri qurbanlarının sayında azalma müşahidə olunub
Azərbaycanda ötən illərlə müqayisədə bu il insan alveri qurbanlarının sayında azalma müşahidə olunub. SİA-nın məlumatına görə, bunu DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov insan alveri ilə mübarizə və onun qarşısının alınmasına həsr olunmuş seminarda bildirib. O, qeyd edib ki, hazırda regionda Azərbaycan insan alverinə qarşı çox ciddi mübarizə aparan ölkələrdən biridir. 2006-ci ildən Azərbaycanda Daxili İşlər Nazirliyinin tərkibində insan alverinə qarşı mübarizə üzrə xüsusi idarənin yaradıldığını qeyd edən rəis müavini 2-ci milli fəaliyyət planı istiqamətində görülən işlər barəsində danışıb.
O eyni zamanda statistik məlumatlar barəsində danışaraq bildirib ki, insan alveri ilə bağlı Azərbaycanda 2006-cı ildə 27 cinayət faktı, 86 insan alveri qurbanı, 2007-ci ildə 74 cinayət faktı, 101 insan alveri qurbanı, 2008-ci ildə 76 cinayət faktı, 78 insan alveri qurbanı, 2009-cu ildə 80 cinayət faktı, 91 insan alveri qurbanı, 2010-cu ildə isə 70 cinayət faktı və 34 insan alveri qurbanı müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə