İtaliyanın baş naziri Silvio Berluskoni haqqındakı iddialarla bağlı Senatdan sonra parlamentin də etimadına sahib olduğunu təsdiqləyib.
SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, Berluskoni həyatının ən önəmli dönüş nöqtələrindən birindən qəzasız çıxa bilib.
Şəxsi həyatı ilə bağlı iddialar səbəbilə çətin günlər yaşayan Berluskoni üçün ilk etimad səsverməsi Senatda keçirilib.
Hökumət bu səsvermədə 135 "xeyr" səsinə qarşı 162 "bəli" səsi alıb.
İkinci səsvermənin keçirildiyi parlamentdə də vəziyyət dəyişməyib. Berluskoni səsvermədən əvvəl deputatlara "Hər hansı qərarı verməkdə azadsınız, ancaq bu dövrdə sol ilə ittifaqa girməyin" deyib. Səsvermə Berluskoni hökumətinin lehinə yekunlaşıb.
Ancaq bəzi deputatların səslərinin satın alındığına dair iddialar Romada ortalığı qarışdırıb. Roma Prokurorluğu bu məsələ ilə bağlı istintaq başladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB