Əli Orucov: “Belə siyasi fəaliyyət yolu tutan müxalifət dağılmalıdır” AÇIQLAMA

Əli Orucov: “Belə siyasi fəaliyyət yolu tutan müxalifət dağılmalıdır” AÇIQLAMA

"Müxalifət düşərgəsində təmsil olunan şəxslərin bir araya gəlməsi inandırıcı deyil". Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib.

Onun sözlərinə görə, adı çəkilənlər tamam ayrı siyasi xəttin və siyasi məktəbin yetirmələridirlər: "Hətta aralarında olan düşmənçiliyi, bir-birinə xoş olmayan münasibəti arxa plana keçirib masa arxasında otursalar belə, bu, uzun sürə bilməz. Çünki, liderlər iddialıdırlar, bir-birinə güzəştə getmək, ümumi maraqlar naminə bir araya gəlmək istəmirlər. Belə siyasi fəaliyyət yolu tutan müxalifət dağılmalıdır, necə ki, biz bunu müxalifət düşərgəsində təmsil oluna partiyaların timsalında görməkdəyik. Fakt budur ki, onların sosial bazaları da fərqlidir. Söz yox ki, müxaliflərarası düşmənçilikdən, qarşıdurmadan yaralanaraq önə çıxmaq istəyən qüvvələr ola bilər. Bu hal inandırıcı görünməsə də, hər halda buna cəhd göstərənlər ola bilər".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə