Naxçıvan türk investorları gözləyir

Naxçıvan türk investorları gözləyir

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin xarici əlaqələr şöbəsinin müdiri Emin Zeynalov türk işadamlarını Muxtar Respublikaya isvestisiya qoymağa dəvət edib. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Muxtar Respublikanın Ali Məclis sədri Vasif Talibovun dəvəti ilə Naxçıvanda olan türkiyəli bir qrup kütləvi informasiya vasitəsi nümayəndəsi ilə ilə görüşən E.Zeynalov onlara Naxçıvanın iqtisadiyyatı haqqında məlumat verib.

 

Naxçıvanın sahib olduğu ucuz işçi qüvvəsi, ucuz enerji və bəzi sahələrdəki aşağı vergilər səbəbi ilə türk investorlar üçün cazibədar olduğunu dilə gətirən E.Zeynalov burada daha çox türk işadamını görmək istədiklərini söyləyib. Naxçıvanda inflyasiya və işsizliyin olmadığına da diqqət çəkən E.Zeynalov "Türkiyədəki qardaş işadamlarımızı Naxçıvana isvestisiya qoymağa çağırıram. İstehsal şərtləri Türkiyə ilə müqayisədə çox sadədir. Rusiya ilə gömrük vergisi tətbiq olunmadığı üçün Naxçıvan vasitəsilə türk işadamları məhsullarını xarici ölkələrə daha rahat çıxara bilər. Naxçıvanda türk işadamlarının sayının artması bizləri məmnun edəcək", deyib.

 

Naxçıvanın beynəlxalq bir bazar vəziyyətinə gəlməsi üçün hökumətin işlərə başladığını söyləyən E.Zeynalov Naxçıvan iqtisadiyyatının 1995-ci ildən bu yana davamlı olaraq inkişaf etdiyini vurğulayıb. Adambaşına düşən milli gəlirin də artdığını ifadə edən E.Zeynalov şüşə sənayesində böyük bir boşluq olduğunu və bu sahəyə türk investorların gəlməsini ümidlə gözlədiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə