İndoneziyada baş vermiş 6,9 şiddətində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilib. Bu barədə SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, avqust ayında İndoneziyada baş vermiş təbii fəlakət nəticəsində ölkənin xüsusilə Lombok adası zərər çəkib, ümumilikdə isə 70 minədək ev, 600-dən çox məktəb, 3 xəstəxana, 65 məscid, 5-dən artıq körpü dağılıb. Təbii fəlakət yərində fəaliyyət göstərən beynəlxalq humanitar yardım təşkilatları və beynəlxalq kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən zəlzələ zamanı 400 nəfərədək şəxs həlak olmuş, 390 minədək əhali evsiz qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB