“SMMM”da parçalanma – qurum “QKÇP”yə bənzədildi FOTOFAKT

“SMMM”da parçalanma – qurum “QKÇP”yə bənzədildi FOTOFAKT

İclasında ziddiyyətlər və qarşıdurmalar yaşanıb

“Siyasi Məhbusları Müdafiə Mərkəzi” (“SMMM”) adlı qurumun sonuncu “Avropa işi” toplantısı qalmaqalla nəticələnib. SİA xəbər verir ki, xüsusilə “Milli Şura”nın təmsilçilərindən ibarət olan qurumun üzvləri – Oqtay Gülalıyev, Əlövsət Sadıqlı, Rövşən Əhmədli, Taleh Xasməmmədov, Hilal Məmmədov və başqaları keçirdikləri toplantının Eldəniz Quliyev tərəfindən facebook sosial şəbəkəsində ictimailəşdirilməsindən, eləcə də informasiyalarında yalan sızdırmasından hiddətləniblər.

Xatırladaq ki, E.Quliyev guya həmin toplantıya Leyla Yunusla Arif Yunusun vatsap bağlantısı ilə qatıldığını, eləcə də “Avropa işi”nin geri qaytarıldığını bildirib və bu amil “SMMM”nin digər təmsilçilərini qıcıqlandırıb.

Belə ki, Ə.Sadıqlı və başqaları iddia ediblər ki, E.Quliyev “SMMM”in 06.10.2018-ci il tarixli toplantısı barədə, vəzifə səlahiyyətinə aid olmasa da, facebook profilində məlumat yayıb və burada “SMMM”in “nüfuzuna” ciddi zərbə vuran əsassız informasiya (dezinformasiya) yayıb və s.

Bu arada onu da qeyd edək ki, qurumdaxili qarşıdurmalara birinci dəfədir ki, baş vermir və daha öncə də tərəflər arasında yaşanan qarşıdurmalar “siyasi məhbus” məsələsi üzərində deyil, maliyyə vəsaitləri əldə etmək uğrunda baş verir.

Əlövsət Sadıqlı: “Bu məlumatı yaymaq səlahiyyətiniz yox idi və yoxdur!”

“Əslində, heç istəməzdim, ancaq məsələ qeyri-düzgün istiqamətdə ictimailəşib, verəsi olduğu ziyanı artıq verib və mən münasibət bildirməyə məcburam”, deyə yazan Ə.Sadıqlı Beləliklə, E.Quliyevə qarşı digər ittihamları da irəli sürüb bu məsələni işıqlandırılmasının onların işlərinə ziyan vurduğunu bildirib. Həmin ifadələrin bəzilərini diqqətə çatdırırıq. SİTAT: Öncə Eldəniz bəyə xitabən bildirim ki, Eldəniz bəy, “SMMM” (dırnaqlar bizimdir-red.) adından yaydığınız bu informasiyada gündəliyə daxil edilən məsələlər barədə məlumatınız doğrudur, baxmayaraq ki, koordinator olmadığınız üçün bu məlumatı yaymaq səlahiyyətiniz yox idi və yoxdur! Bunu qoyaq bir tərəfə, amma hansı məcburiyyətdənsə yaymaq zorundaydınızsa, gərək idi ki, heç olmasa, qəbul olunan qərarların hamısı barədə doğru olanı yazaydınız”.

Növbəti ittiham: “Dezinformasiya yaymağınız “SMMM”də çatların yaranmasına səbəb oldu”

“Təəssüflə bildirirəm ki, "Avropa işi" ilə əlaqəli hissədə əsası olmayan informasiya (dezinformasiya) yaymısınız: bunu yolverilməz hesab edirəm və etirazımı bildirirəm!”, deyə yazan qurum üzvü fikirlərini bu cür əsalandırıb: “Dezinformasiya ondan ibarətdir ki, güya, "Avropa işi" nin etibarsız hesab edilməsi (geri qaytarılması ifadəsi ilə-mötərizə müəllifindir-red.) qərar qəbul etmişik. Bu doğru deyil və xüsusilə də rəyinizdə mənim də iştirakımı qeyd edərək bunu yazmanıza qəti etirazımı bildirirəm!

Rəyinizdə yazırsınız ki, "Qәrarın qәbulunda Elşәn Hәsәnov,Taleh Xasmmәmәdov, Hilal Mәmmәdov, Әlövsәt Әhәdoğlu Sadıqlı, Oqtay Gülalıyev, Eldәniz Quliyev, Zәfәr Әhmәdov, Leyla Yunus(votsappla), elcә dә (Hacı Rövşәn Әhmәdli ötәn iclasda mövqeyini aydın şәkildә bildirmişdi) iştirak ediblәr."

Nəticədə E.Quliyevin “SMMM”də çatlar yaratmasını da iddia edən Ə.Sadıqlı onu dolayısı ilə hakimiyyətə işləməkdə günahlandırıb: “Eldəniz bəy, "Avropa işi"nin geri qaytarılması barədə səsvermə keçirilmədiyi halda, Sizin belə bir dezinformasiya yaymanız qəbul edilən deyil və artıq “SMMM”də çatların yaranmasına səbəb oldu və belə bir durumun kimlərin mənafeyinə uyğun olduğu heç birimizə sirr deyil! Odur ki, məsləhət görərdim ki, nə qədər ki gec deyil, doğru olanı etiraf edin, “SMMM”in nüfuzunu şübhə altına alan mövqedən çəkinin...”

İfşa: “Leyla Yunus o toplantıda nə vatsappla, nə də hər hansı vasitə ilə əlaqə saxlanmayıb...Sizi bu yalan-dolan labirintinə düşməyə vadar edən səbəb nədir – izah edərmisiniz?”

O cümlədən, Leyla Yunusun o toplantıya nə vatsappla nə də hər hansı vasitə ilə əlaqə saxlamadığını da xatırladan Ə.Sadıqlı E.Quliyevin yalan danışdığını ona sübut edib: “Beləliklə, Leyla Yunus o toplantıda nə vatsappla, nə də hər hansı vasitə ilə əlaqə saxlanmayıb. Həmçinin “Hacı Rövşәn Әhmәdli ötәn iclasda mövqeyini aydın şәkildә bildirmişdi” nə deməkdir və hətta Rövşən bəy haqqında yürütdüyünüz fikir doğru olsa belə, halbuki əmin deyiləm, 06.10.2018-ci il tarixli toplantıya bunun nə aidiyyəti var, onu anlamaq çətindir...Və ya Elşən Həsənov toplantının əvvəlində bildirdi ki, güya ki, Leyla Yunus onun adından fikir bildirmək və səs vermək hüququnu Elşən Həsənova verib – baxmayaraq ki, heç bir yerdə belə bir hüquqi norma yoxdur, amma Siz də iddia edirsiniz ki, Leyla Yunusla WhatsApp əlaqəsi yaradılıb: sizi bu yalan-dolan labirintinə düşməyə vadar edən səbəb nədir – izah edərmisiniz?”

“SMMM”da qruplaşma faktoru...

Ə.Sadıqlı E.Quliyevi özünü zorla cəmiyyətə sırımaqda, “ağsaqqal” kimi təqdim etməkdə, eləcə də “SMMM” üzvlərinin başıbəla iclasın onunu tərəfindən aparılması “xahişi” etmələrinin də yalan olduğunu bildirib. O cümlədən, E.Quliyevin qurumdaxili qruplaşma yaratmaqda fəaliyyət göstərdiyini deyib. SİTAT: “Toplantının başlanma anında “Yoldaşlar məsləhət bildilər ki, hamıdan yaşlı olduğum üçün bu iclası mən aparım” deməniz və iclası aparmağa cəhd etməniz əvvəlcədən qruplaşma yaratdığınızdan açıq-aydın xəbər verirdi və bir növ 1991-ci il avqustun 19-da SSRİ-nin vitse-prezidenti Yanayevin rəhbərliyi altında Dövlət Fövqəladə Vəziyyət Komitəsi ("QKÇP") yaradılmasına bənzədi – xəbəriniz olsun... üstəlik masanın başındakı yeri axıradək tərk etməməniz(?)... Məgər toplantıları təyin etmək, aparmaq və SMMM-in sözçüsü səlahiyyəti verilmiş koordinator Oqtay Gülalıyev toplantıda yox idi ki, kimsə başqasının toplantını aparmasına ehtiyac yaransın? Bunu etik sayırsınızmı və bu cəhd nə ilə (və ya nansı öhdəliklə) bağlı idi – bunu da izah etsəydiniz, məmnun olardım?!... Ən əsası və sonuncusu. Statusunuzda iddia edirsiniz ki, güya, toplantıda “Avropa işi” Hesabatının geri qaytarılması barədə qərar qəbul edilib. Həm də bunu elə təqdim edirsiniz ki, güya, hesabat etibarsız hesab edilib və yenidən işlənməsi nəzərdə tutulur(?). Bu barədə heç bir səsvermə keçirilmədiyi halda, bu ağ yalanı özünüzə necə rəva bildiniz? Çox təəssüf...!”

Beləliklə, baş verən qarşıdurmadan da aydın görünür ki, “SMMM” adlı təşkilat əslində şəxsi mənfəət qazanmağa yönəlmiş və “siyasi məhbus” adı altında oynanılan siyasi qumarxanadan başqa bir şey deyil və cərəyan edən hadisələr də məhz həmin faktoru özündə kifayət qədər sübut etməkdədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə