Rusiya prezidenti Vladimir Putin keçmiş rus agent Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsindən danışıb. SİA-nın verdiyi məlumata görə, RF lideri ölkəsinin zəhərlənmə ilə əlaqəsinin olması haqda iddiaları rədd edib.
Onun sözlərinə görə, jurnalistlər Skripalı az qala müdafiəçi kimi qələmə verməyə çalışırlar: “O, casusdur- vətəni satan satqın. Sergey Skripal satqın və əclafdır”.
Vladimir Putin onu da vurğulayıb ki, “Skripal işi”nin ətrafında az qala informasiya kampaniyası aparılıb və ümid edir ki, bu, tezliklə bitər.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB