Bu yaxınlarda Səs İnformasiya Agentliyində Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TÜMİB) sədri Çingiz Bayramovun açıqlaması yayımlanıb. Bu açıqlama ilə bağlı TÜMİB idarə heyəti adlı poçt ünvanından SİA-ya məktub daxil olub. Məktubu yazan şəxs agentliyə çox böyük hörmətlə yanaşdığını, onun informasiya məkanındakı yerini yüksək qiymətləndirdiyini, uğurlarına sevindiyini və fəaliyyətini dəstəklədiyini bildirib. Məktubda göstərilənlərə görə, TUMİB-in İdarə Heyəti Çingiz Bayramova etimadsızlıq göstərib və onun 23 noyabr 2010-cu il tarixdən bir daha birliyi təmsil etmədiyi barədə xəbərdarlıq edilib. Bu məsələ ilə bağlı mətbuat orqanlarına bildiriş göndərdiklərini deyən "İdarə heyəti" bizdən yazıda gedən sədr fikrini korrektə etməyimizi xahiş ediblər.
Məsələ ilə bağlı qarşı tərəfin də fikrini öyrənmək üçün Çingiz Bayramovla əlaqə saxladıq. O məktubla bağlı dediklərimizdən dərhal sonra bu fikri təkzib etdi. Məsələdən xəbərdar olduğunu bildirən Çingiz Bayramov əlavə etdi ki, bu Türkiyədə yaşayan Anar Əşrəfli adlı bir şəxsdir və heç Türkiyədə belə təhsil almayıb. O bu hərəkəti TÜMİB-in artmaqda olan nüfuzuna xələl gətirmək məqsədi kimi qiymətləndirib.
Biz Səs İnformasiya Agentliyi olaraq hər iki informasiyanı yayımladıq. Verdiyimiz informasiyaları mənbədən aldığımızı və fakta əsaslandığını sübut etmək üçün məsələ ilə bağlı istənilən fikri saytımızda yerləşdirməyə hazırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB