“Rusiya ilə Azərbaycanın tarixi əlaqələri var. Bu bağlantılar uzun illərin bağlantılarıdır. Bu tarixi uzun illər ərzində bizim münasibətlərimizdə təbii ki, pisli-yaxşılı hadisələr həddindən artıq çoxdur. Ancaq biz qonşu dövlətik”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Rusiyanın bu tarixlər boyu bizi incitdiyi məqamlar həddindən artıq çox olub: “Nə mənada? Çar Rusiyası erməniləri 250-300 il ərzində dünyanın müxtəlif yerlərindən köçürüb bizim tarixi torpaqlarımızda yerləşdirib, onlara dövlət qurub və dövlət yaradıb. Çar Rusiyasından sonra isə Sovet hökuməti gəlib bunu davam etdirdi. Rusiya Federasiyası yaranandan sonra bəzi torpaqlarımız işğal olundu və ermənilərə verildi. Ancaq bunların hamısına baxmayaraq biz qonşuyuq. Azərbaycan dövlətinin də qonşularla mehriban, əməkdaşlıq və tərəfdaşlıq siyasəti var. Təbii ki, biz də bu siyasəti yürüdürük. Eyni zamanda biz istəyirik ki, dost əli uzatdığımız tərəfdən dost əli görək, əlimizi sıxaq. Bizə xəyanət etməsinlər. Amma son zamanlar Rusiya-Azərbaycan münasibətlərinin çox yaxınlaşması, istiləşməsi, inkişaf etməsi bizə ümid verir.
Bizə ümid verir ki, nəhayət tarixin bu dövründə Rusiya Azərbaycana qarşı etdiyi ədalətsizlikləri düzəldəcək və Ermənistanın tarixən Rusiya imperiyasına, Sovet hökumətinə, indi isə Rusiya Federasiyasına etdiyi xəyanətlərdən nəticə çıxaracaq, ədalətli mövqedə olacaq və Qarabağ probleminin həllində böyük bir dövlət, qonşumuz, eyni zamanda ATƏT-in Minsk Qrupunun üzvü kimi ədalətli mövqe ortaya qoyacaq. Təbii ki, biz də bunun nəticəsini görəcəyik. Mən çox razıyam ki, Rusiya-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bu lazımdır. Çünki biz qonşuyuq. Rusiyanın bizim ərazilərimizi işğal etmiş düşmən Ermənistan üzərində nəzarəti çox güclüdür. Mən istərdim ki, Rusiya özünün Ermənistan üzərində olan bu nüfuzundan, keçərli sözündən istifadə etsin və bu problemin ədalətli həllinə nail olaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB