Frnsanın Nanter şəhər məhkəməsi sağ təmayüllü “Milli birlik” partiyasının lideri (Daha öncə “Milli cəbhə” adlanırdı—red.) Marin Le Peni psixiatrik ekspertizaya göndərib. Buna səbəb onun sosial şəbəkədə İŞİD terror təşkilatının öldürdüyü insanların şəkillərini yaymasıdır.
“Bu dəhşətdir və mən gizlətməyəcəyəm ki, hakimiyyətin bu cür davranışları məni qorxutmağa başlayıb. Əlbəttə ki, mən heç bir ekspertizadan keçməyəcəyəm və mənim üçün maraqlıdır ki, məhkəmə məni necə məcbur edəcək”, sağ təmayüllü partiyanın lideri məhkəmənin qərarına münasibətini açıqlayarkən deyib.
Qeyd edək ki, 2015-ci ildə Le Pen öz tvitter səhifəsində sözügedən fotoları nümayiş etdirib və şərh bölümündə yazıb: “Bax, İŞİD budur!”
Şəkildə isə bir insanın tankın tırtılları altında uzanması göstərilib.
2017-ci ilin noyabrında Fransa parlamenti məhz bu tvitə görə Le Leni deputat toxunulmazlığından məhrum edib. Buna qədər isə onun 13 il işlədiyi Avropa Parlamenti bənzər qərarı qəbul etmişdi.
Xatırladaq ki, sözügedən qərarı qəbul edən məhkəmə “Milli Birlik” partiyasının liderinin ekspertizaya getməyəcəyi halda, onun buna məcburi qaydada əməl etdiriləcəyini bəyan edib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB