Putin MDB ölkələri arasında əməkdaşlığın əhəmiyyətindən danışdı
Rusiya prezidenti Vladimir Putin MDB-yə üzv dövlətlərinin dövlət başçılar Şurasının dar formatında keçirilən iclasında MDB ölkələrinin sosial-iqtisadi, humanitar və hüquq-mühafizə sahələrində əməkdaşlığının vacibliyini qeyd edib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov deyib.
Onun sözlərinə görə, Putin MDB məkanında siyasi, sosial, iqtisadi, humanitar, habelə hüquq-mühafizə sahəsində əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayaraq, iqtisadi məsələlərdən danışıb: “Putin bildirib ki, hazırda mövcud olan qlobal iqtisadi şərtlərə baxmayaraq, cari ilin yanvar-iyun aylarında bu birliyin içərisində ticarət dövriyyəsi demək olar ki, 15% artıb ki, bu da təxminən 85 milyard dollar deməkdir”.
Peskov bildirib ki, Putin çıxışında MDB çərçivəsində azad ticarət zonası üzrə saziş potensialının maksimuma çatdırmaq, bir sıra mənfi xarici amillərə baxmayaraq əmtəə və investisiya axınlarının hərəkəti üçün şəraitin sadələşdirməyin vacibliyini qeyd edib: “Prezident çıxışında milli valyutalarda qarşılıqlı hesablaşmaların tətbiqini genişləndirməyin zəruriliyini bildirib. Bundan əlavə Putin mədəni qarşılıqlı əlaqəyə diqqət çəkdi, əqli mülkiyyət haqqında danışıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB