“Putinin səfəri iki ölkə arasında əlaqələrin inkişafına təsir göstərəcək” MÜNASİBƏT
“Azərbaycan-Rusiya münasibətləri bütün səviyyələrdə əməkdaşlığı inkişaf etdirmək üçün güclü potensiala malikdir”. Bu fikirləri SİA-ya YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov sözügedən məsələyə münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkənin həyatında xüsusi yer tutaraq, özünün vacibliyini və səmərəliliyini sübut edəcək, dövlətlərimiz arasında etimada əsaslanan işgüzar əlaqələrin nə dərəcədə davamlı olmasını nümayiş etdirəcəkdir. Bu Forum ilk növbədə bütövlükdə regionun gələcəyi kontekstində qiymətləndirilməli olan münasibətlərin bariz göstəricisidir: “Rusiya prezidentinin ölkəmizə səfəri bu forum çərçivəsində bir tərəfdən Azərbaycan və Rusiya regionları arasında yeni, qarşılıqlı faydalı əlaqələr yaranmasına, digər tərəfdən isə dövlətlərimizin strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə şərait yaradacaq. Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Azərbaycan-Rusiya tərəfdaşlığı ilbəil genişlənir, iki ölkənin regionlararası əməkdaşlığı və əhatə dairəsi sürətlə inkişaf edir. Bu səfər Azərbaycan-Rusiya münasibətlərinin strateji və dostluq xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu bir daha təsdiqləmişdir”.
“Hazırda Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. İki ölkə qarşılıqlı şəkildə bir-birinə investisiya yatırır”, deyə qeyd edən YAP Pirallahı rayon təşkilatının sədri həmçinin bildirib ki, bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə təsir edir: “Azərbaycan ilə Rusiya arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinin təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün çox böyük potensialı var. Tamamilə aydındır ki, bu forum çərçivəsində ünsiyyətin forması bir tərəfdən Azərbaycan və Rusiya regionları arasında yeni, qarşılıqlı faydalı əlaqələr yaranmasına, digər tərəfdən isə dövlətlərimizin strateji tərəfdaşlığının möhkəmlənməsinə şərait yaradacaq”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB