Ərdoğan ABŞ-ı iqtisadi müharibədə suçladı İTTİHAM

Ərdoğan ABŞ-ı iqtisadi müharibədə suçladı İTTİHAM

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ABŞ bütün dünyanı iqtisadi müharibəyə doğru çəkir. SİA xəbər verir ki, bu barədə “İzvestiya” nəşri yazır.

Adıçəkilən nəşr Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə istinad edərək onu da qeyd edir ki, Türkiyə prezidenti Anklara və Berlinin digər ölkələrlə birgə ticarət münaqişələrinin qarşısını birgə səylə almağa çağırıb.

Onun sözlərinə görə, amerikalı hakimiyyət nümayəndələrinin məsuliyyətsiz yanaşmaları dünyanı amansız iqtisadi müharibə fazasına doğru aparmaqdadır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə