Bu gün Moskvada MDB-yə üzv olan ölkələrin dövlət başçılarının toplantısı keçiriləcək

Bu gün Moskvada MDB-yə üzv olan ölkələrin dövlət başçılarının toplantısı keçiriləcək

Bu gün Moskvada MDB-yə üzv olan ölkələrin dövlət başçılarının toplantısı keçiriləcək. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Dmitri Medvedyevin sədrliyi ilə keçirilən toplantıda əsas müzakirə mövzusu iqtisadi əməkdaşlığın genişləndirilməsi olacaq. Eyni zamanda sammitin gündəliyində Birlik çərçivəsində azad ticarət zonası ilə bağlı müqavilə layihəsinin müzakirəsi də nəzərdə tutulur. Həmçinin 2011-ci ilin MDB-də ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi ili elan edilməsi barədə qərar layihəsi də müzakirə ediləcək.

 

Sammitdə MDB-də ilk dəfə hazırlanması nəzərdə tutulan 2020-ci ilədək MDB çərçivəsində gənclərin beynəlxalq əməkdaşlığı strategiyasının nəzərdə keçirilməsi də planlaşdırılır. Həmin sənəddə gənclər arasında əlaqələrin əsas hədəfləri, vəzifələri, prinsipləri, forma və mexanizmlərini göstərilib. Sammitdə müzakirə olunacaq əsas məsələlərdən biri də 2011-2012-ci illərdə humanitar sahədə pritoritet tədbirlərdir. Bu tədbirlər planı noyabrın 19-da Sankt-Peterburqda MDB Hökumət başçıları Şurasının iclasında razılaşdırılıb.

 

Güc strukturları və hərbi sahələrdə əməkdaşlığa gəlicə dövlət başçıları MDB ölkələri arasında şübhəli şəxslərin beynəlxalq axtarışı barədə müqavilənin, eləcə də, 2011-2013 illərdə cinayətkarlıq, terrorçuluq və ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri ilə mübarizə proqramının layihələrini müzakirə edəcəklər. 2015-ci ilədək hərbi əməkdaşlığın konsepsiyası və 2011-2015-ci illərdə sərhəd siyasəti konsepsiyasının reallaşdırılması məsələlərinin müzakirəsi də gündəliyə salınıb.

 

Sammitdə aktual regional və beynəlxalq məsələləri ilə yanaşı dövlət başçılarının müzakirəsinə Çernobıl faciəsinin 25-ci ildönümü ilə bağlı birgə müraciət layihəsi də təqdim olunacaq. Rusiyada baş tutan son zirvət toplantısında MDB-yə 2011-ci ildə sədrlik məsələsinin müzakirə ediləcəyi, o cümlədən, növbəti sammitin vaxtı və yeri barədə qərarın qəbul olunacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə