Əli Həsənov “Əməkdar dövlət qulluqçusu” fəxri adına layiq görülüb
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov “Əməkdar dövlət qulluqçusu” fəxri adına layiq görülüb.
Biz də Səs Media Qrup olaraq hörmətli Əli müəllimi ürəkdən təbrik edir, Ona fəaliyyətində uğurlar arzulayırıq!
Qeyd edək ki, Əli Həsənov 10 mart 1960-cı ildə Şərur rayonunun Tənənəm kəndində anadan olmuşdur. Moskva Dövlət Universitetini bitirmişdir. Tarix elmləri doktoru, professordur.
1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.
1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.
1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB