Azərbaycan Prezidenti rumıniyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti rumıniyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Trayan Beseskuya milli bayram – Birlik günü münasibətilə təbrik məktubu göndərib. SİA-nın xəbərinə görə, məktubda deyilir: "Ölkənizin milli bayramı – Birlik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan-Rumıniya münasibətləri bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Dost ölkələrimizin istər ikitərəfli, istərsə də çoxtərəfli qaydada əməkdaşlığı tərəfdaşlıq xarakteri alaraq daim öz əhatə dairəsini genişləndirməkdədir.

Əminəm ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyət kəsb edən irimiqyaslı layihələrin gerçəkləşməsi istiqamətində səylərimiz ölkələrimizin çiçəklənməsinə və xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına sülh və firavanlıq diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə