"Gəncə hadisələlərini törədənlər ən ağır şəkildə cəzalandırılmalıdır"

"Gəncə hadisələlərini törədənlər ən ağır şəkildə cəzalandırılmalıdır"

"Azərbaycana uzanan əllər qırılmalıdır". SİA-nın verdiyi məlumata görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Gəncədə baş verən hadisələrə münasibət bildirərkən bu gün keçirdiyi mətbuat konfransında deyib.

Gəncədə baş verən hadisələrdən təəssüfləndiyini deyən diplomat əlavə edib ki, terrora qarşı aparılan mübarizədə Türkiyə sonadək Azərbaycanın yanında olacaq: "Belə hallara şiddətlə qarşı çıxırıq. Baş verənlərdən böyük təəssüf hissi keçirik. Şəhidlərə Allah rəhmət etsin. Ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verirəm".

Səfir, həmçinin qeyd edib ki, Gəncə hadisələlərini törədənlər ən ağır şəkildə cəzalandırılmalıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə