“Azərbaycanın dünya çapında rolunun artması bəzi dövlətlərdə qorxu yaradıb" EKSKLÜZİV

“Azərbaycanın dünya çapında rolunun artması bəzi dövlətlərdə qorxu yaradıb" EKSKLÜZİV

“Bu gün Azərbaycan kifayət qədər yüksək inkişaf mərhələsinə gəlib çatıb. Artıq bizim uğurlarımız, dünya miqyasında bir dövlət olmağımız iri dövlətlərin əldə etdiyi uğurlarla müqayisə oluna bilər. Amma bizim qonşu dövlətlərdən bəzisi hadisələrə hədsiz çılğın və emosional reaksiya verir. Fikrimcə Azərbaycanın əldə etdiyi nailiyyətlər onun uğurlarının bir qismini əlindən alır". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədri bildirib ki, ötən ay Bakıda Əfqanıstan üzrə təmas qrupunun iclası keçirildi: "Dünya geosiyasətinin ən vacib məsələlərindən biri Əfqanıstan məsələsidir. Bizim adətən mətbuatımız, ictimasi-siyasi mühitimiz bu barədə ictimaiyyəti kifayət qədər məlumatlandırmayıb deyə, o məsələni az əhəmiyyətli görür. Hətta beynəlxalq ekspertlərin də belə fikri var ki, Əfqanıstan məsələsi həll olunmaya qədər bütövlükdə Yaxın Şərq regionunda sabitliyi bərpa etmək mümkün olmayacaq. Bununla bağlı konkret arqumentlərdə gətirilib. İndi siz təsəvvür edin ki, Azərbaycanda Əfqanıstan məsələsi müzakirə olunur. Yəni Azərbaycan bu səviyyədə dünya çapında rolu olan bir dövlətdir. Bizim qonşu dövlətlərin də marağı var idi ki, Əfqanıstan məsələsi məhz onların ərazisində müzakirə olunsun. Bu məsələdə əsas təşəbbüskar ABŞ-dır. Amerika da həmin funksiyanı Azərbaycanın yerinə yetirməsini xahiş etdi. Hesab edirəm ki, Azərbaycanın dünya çapında rolunun artması bəzi dövlətlərdə qorxu yaradıb. Xaricdən idarə olunan saytların əksəriyyəti də məhz həmin dövlətə məxsusdur. Bu kimi saytlar Rusiyanın, Türkiyənin, ABŞ-ın və s. ölkələrin ərazisində də qeydiyyata keçə bilər. Bu saytlar İranla da bağlı ola bilər".

Politoloq Mingəçevir İES-də baş vermiş qəza ilə Gəncə hadisələrinin bir-biri ilə bağlı olduğunu deyib.

M.Əhmədoğlu Azərbaycanda prezident seçkilərinin vaxtının dəyişdirilməsinə diqqəti çəkərək məsələyə aydınlıq gətirib: "Təsəvvür edin ki, iyul ayı Azərbaycanda Konstitusiya ilə prezident seçkilərinin elan olunduğu vaxtdır. Əgər bu ilin aprel ayında prezident seçkiləri keçirilməsə idi, iyul ayında elan olunmalı idi və avustda keçirilməli idi. Belə görünür ki, İranda müəyyən bir qrup hazırlayırlar və ona ssenari yazırlar. Həmin qrup da fəaliyyətə başlayır. Azərbaycan Prezidenti İlham Əliyev ayıq-sayıq siyasət apardığı üçün o bildi ki, kimlərsə həmin dövrdə vəziyyəti gərginləşdirmək istəyəcək. Ona görə də ölkə başçısı prezident seçkilərinin vaxtını qabağa çəkdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə