Gəncədə qeyri qanuni aksiya dağıdıldı

Gəncədə qeyri qanuni aksiya dağıdıldı

Bu gün Gəncə şəhərində təxmini sayı 200 nəfərə yaxın olan pozucu dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qeyri-qanuni aksiya keçirməyə cəhd göstərib. Gəncə müxbirimizin SİA-ya verdiyi məlumata görə, polis əməkdaşları qətiyyətli tədbirlər həyata keçirərək, aksiyanın qarşısını alıblar. Otuza yaxın iğtişaş iştirakçısı saxlanılıb. İki polis əməkdaşının xəsarət aldığı bildirilir. Hüquq mühafizə orqanları vəziyyətə tam nəzarət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə