Rusiyanın Baş naziri Dmitri Medvedev Ankarada Türkiyə prezidentinin andiçmə mərasimində Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək.
Bu barədə Rusiya hökumətinin saytına məlumat yayılıb. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tapşırığı ilə hökumətin sədri Dmitri Medvedev iyulun 9-da Türkiyəyə səfər edəcək", - məlumatda deyilir.
Andiçmə mərasimi iyulun 9-də keçiriləcək. Xatırladaq ki, R.T.Ərdoğan bu il iyunun 24-də keçirilən prezident seçkilərində 53% səs toplayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB