Gəncədə son günlər un və çörək məhsullarının qiymətində artım müşahidə olunur. SİA-nın bölgə müxbirinin apardığı araşdırma zamanı məlum olub ki, ticarət obyektlərində vətəndaşlara satılan çörək və un məhsullarının qiyməti süni şəkildə şişirdilir ki, bu da satıcılarla alıcılar arasında gərginliyə səbəb olur.
Qeyd edək ki, təxminən 10 gün öncə ölkənin ikinci böyük şəhərində 50 kq-lıq bir kisə un 18 manata satılırdısa, hazırda alıcılar bir kisə unu 28, ən yaxşı halda isə 22-24 manata alır. İndi şəhərdəki mağazaların piştaxtalarında 30 qəpiklik çörək 40 qəpiyə satılır.
Alıcılar iddia edir ki, şəhərin kənar məhəllələrindəki mağazalarda cörək hətta 50-60 qəpiyə satılır. Məsələ ilə bağlı satıcıların fikrini öyrənməyə səy göstərsək də, cəhdlərimiz alınmadı. Hər halda reallıq ondan ibarətdir ki, kimlərsə çörək və un məhsullarının bahalaşmasında maraqlıdır. Ümid edirik ki, Gəncədəki aidiyyəti qurumlar vəziyyətə biganə qalmayıb, lazımı tədbirlər görəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB