"Münaqişələrin həllində əsas prinsip dövlətlərin ərazi bütövlüyü olmalıdır"
"Dünyanı qorumaq üçün münaqişələrin həllində əsas prinsip dövlətlərin ərazi bütövlüyü olmalıdır." Bunu AZƏRTAC-a müsahibəsində Moskvada “Parlamentarizmin inkişafı” mövzusunda keçirilən Beynəlxalq forumun iştirakçısı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev deyib.
Forumun təhlükəsizlik seksiyasındakı çıxışında xalqların öz müqəddəratını təyin etmək prinsipini qabardan Ermənistan parlamentinin spikeri Ara Babloyan bildirib ki, bütün münaqişələr bu çərçivədə həll olmalıdır. Ara Babloyanın çıxışına cavab olaraq Asəf Hacıyev xatırladıb ki, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası tərəfindən dövlətlərin ərazi bütövlüyü əsas prinsiplərdən biri kimi qəbul olunub. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Avropa Şurasının qəbul etdiyi qərar var. Amma ən önəmli sənədlərdən biri Helsinki Yekun Aktıdır. Bu yaxınlarda bütün dünya bu sənədin 45 illiyini qeyd etdi və həmin sənəddə üç prinsip öz əksini tapıb: münaqişələrin sülh yolu ilə həll olunması (buna heç kəs etiraz etmir), dövlətlərin ərazi bütövlüyü və nəhayət, xalqların öz müqəddəratını təyin etmək prinsipi. Əgər xalqların öz müqəddəratını təyin etmək prinsipi şərtsiz həyata keçirilərsə, bu zaman dünyada yüzlərlə yeni kiçik dövlət yaranacaq, onlar bütün qonşularla müharibə edəcək, bu da dünyanın sonuna gətirib çıxaracaq.
“Mən forumun tribunasından Ermənistan parlamentinin spikerinə Rusiya Prezidenti Vladimir Putinin sözləri ilə müraciət etdim. Putin iki il bundan əvvəl BMT-nin Baş Assambleyasında çıxış etdiyi zaman belə bir cümlə işlətmişdi: “Siz dərk edirsinizmi ki, dünyanı nə günə qoydunuz?”. Siz ümumiyyətlə danışanda başa düşürsünüz ki, dünyanı hara aparırsınız? Siz dünyanın sonunu gətirirsiniz. İstəyirsiniz ki, dünya məhv olsun? Bu prinsip yalnız dövlətlərin ərazi bütövlüyü çərçivəsində həyata keçirilə bilər”, - deyən Asəf Hacıyev buna misal olaraq Aland adalarını nümunə gətirib. “Bu adalar ərazi baxımdan Finlandiyaya aiddir, amma buradakı xalqlar İsveç mədəni dəyərləri ilə yaşayırlar. Dağlıq Qarabağda yaşayan ermənilər bilməlidirlər ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, Azərbaycanın bir qarış torpağı belə müzakirə obyekti ola bilməz”, – deyə Asəf Hacıyev Ermənistan parlamentinin sədrinə səslənib.
Asəf Hacıyev deyib: “Ərazi bütövlüyü prinsipinə qayıdarkən bir də vurğulamaq istərdim ki, hazırda Suriyada vəziyyət çox mürəkkəbdir. Amma Rusiya, İran, Türkiyə bəyan etdilər ki, Suriyanın ərazi bütövlüyü toxunulmazdır. Çünki artıq dünya başa düşür ki, bu prinsipdən geri çəkilmək olmaz. Ona görə dövlətlərin ərazi bütövlüyü dünyanın əsas prinsipidir, hər bir məsələ yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Xalqların öz müqəddəratını təyin etməsi ərazi bütövlüyü çərçivəsində olmalıdır. Heç bir dövlət razı olmaz ki, onun ərazisi başqasına verilsin. Ola bilsin, iki dövlət sərhəddə dəyişiklik etmək qərarına gələ bilər. Bu, onların öz işidir. Azərbaycan xalqı, Azərbaycan Prezidenti də hər zaman bildirir ki, ölkəmizin ərazi bütövlüyü bizim üçün ən müqəddəs prinsipdir. Biz bundan heç vaxt geri çəkilməyəcəyik”.
Forumdakı çıxışında A.Hacıyev, həmçinin hazırda çox yayılan kibertəhlükəsizlik məsələlərinə də toxunub. Qeyd edib ki, hazırda sürətlə inkişaf edən dünya iqtisadiyyatı yeni mərhələyə çatıb. Bu mərhələyə rəqəmsal iqtisadiyyat deyilir. Rəqəmsal iqtisadiyyat üçün çox təhlükəli olan kiberhücumların qarşısını almaq üçün yüksək texnologiyalar inkişaf etməlidir. Bu gün dünyanın ən bahalı sektoru informasiya texnologiyalarıdır. Bura sərf olunan vəsait hazırda dünya üzrə 4,5 trilyon dollara çatır. Müqayisə üçün deyim ki, neft sektoru təxminən 2,5-3 trilyon dollara, bank sektoru 3-3,5 trilyon dollara bərabər olduğu halda, informasiya texnologiyaları 4,5 trilyon dollar həcmində qiymətləndirilir və bu rəqəm ildən-ilə artır. Ekspertlərin qənaətinə görə, informasiya texnologiyalarına qoyulan vəsait beş il müddətində iki dəfə artıb. Ona görə təxminən 200 ildən sonra dünyanın ümumi daxili məhsulunun 80 faizi məhz informasiya texnologiyalarından əldə olunacaq. Bütün dünya hazırda öz gücünü bu istiqamətə yönəldir, ona görə də kiberhücumların qarşısı alınmalıdır. Çünki kiberhücumlardan əldə olunan böyük vəsaitlər silaha, narkotikə, insan alverinə xərclənir.
“Parlamentarizmin inkişafı” forumunda qəbul edilən deklarasiyada qeyd olunur ki, BMT səviyyəsində qərarlara hörmətlə yanaşılsın və bu qərarlar həyata keçirilsin. Bu da Azərbaycanın marağına cavab verir. BMT-nin Dağlıq Qarabağla bağlı dörd qətnaməsi var. Bu deklarasiyanın qəbul olunması bir daha təsdiqlədi ki, dünya bu qətnamələrin kağız üzərində qalmaması üçün çalışmalıdır. Aprel döyüşləri göstərdi ki, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanın güclü ordusu var və o, öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir”, - deyə Asəf Hacıyev vurğulayıb.
Qeyd edək ki, forumda 500-ə yaxın nümayəndə, o cümlədən 20 ölkənin parlament sədrləri, müxtəlif parlament assambleyalarının rəhbərləri, baş katibləri iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



