Yaqub Mahmudov: “Arzu edirik ki, YAP-ın yürütdüyü siyasət nəticəsində yaxın zamanlarda Azərbaycan bayrağı işğal olunmuş torpaqlarda dalğalansın” - MÖVQE
Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də təsis edilib və qısa zaman müddətində Azərbaycanın hakim partiyasına çevrilib. Bu barədə SİA-ya açıqlamasında millət vəkili, tarixçi Yaqub Mahmudov deyib. O bildirib ki, bu gün partiyanın yaradıcıları yaşayır və öz təcrübələrini gənc nəslə ötürürlər. Onun sözlərinə görə, hazırda partiyanın gənc qüvvələri həm onun, həm də dövlətin gələcəyidir: "İndi Azərbaycan dövlətinin, partiyanın idarəçiliyində xüsusilə qadınlar çox fəal iştirak edir. Cəmiyyətimizin həyatında gənclərin və qadınların iştirakına xüsusi əhəmiyyət verilir. Bu isə bizim xalqımızın, partiyamızın gələcəyi deməkdir. Bu münasibətlə xalqı təbrik edir və bildirmək istərdim ki, bizim inkişafımız hələ irəlidədir. Arzu edirik ki, Yeni Azərbaycan Partiyasının yürütdüyü siyasət nəticəsində yaxın zamanlarda partiyanın səsi Xankəndindən gəlsin, Azərbaycanın bayrağı isə işğal olunmuş torpaqlarda dalğalansın".
Qeyd edək ki, 1992-ci il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirilib və bu qurultayda Heydər Əliyev partiyanın sədri seçilib. Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 18-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Hyatt Regency otelinin "Quba" zalında baş tutan tədbirə YAP-ın yaradılmasında Ulu Öndərlə çiyin-çiyinə mübarizə aparmış ziyalılar, bu gün partiyanın siyasi-ideoloji xəttini müəyyənləşdirən funksionerlər, hökumət və dövlət nümayəndələri, Milli Məclisin deputatları, media mənsubları və digər nümayəndələr qatılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB