BAXCP rəsmisi: ""Cənub Qaz Dəhlizi” qlobal və tarixi layihədir" AÇIQLAMA

BAXCP rəsmisi: ""Cənub Qaz Dəhlizi” qlobal və tarixi layihədir" AÇIQLAMA

"Cənub Qaz Dəhlizi" Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal və tarixi layihədir. Müstəqiliyimizi əldə etdikdən sonra onun nəhəng neft və qaz ehtiyatlarının hasilatı və dünya bazarına çıxarılması çox önəmli hadisədir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, 1994-cü il sentyabrında "Əsrin kontraktı"nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynayıb, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verib: "Azərbaycan qazının çıxarılması ancaq və ancaq dövlətimizin möhkəmlənməsinə xidmət edən amildir. Xatırlayırsınızsa, 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşurutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat - strateji enerji əməkdaşlığına dair memorandum imzalamışdı. Bununla da "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması ilə bağlı tarixi addım reallaşmışdı. 2013-cü il ildə isə, TAP layihəsi üzrə beynəlxalq saziş imzalandı. Demək olarki, dünyanın aparıcı şirkətləri bu layihənin gerçəkləşməsində maraqlı idi və bura investisiya qoydu. Artıq ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış əldə edib. Bu çox böyük uğurdur!

Məhz Prezident cənab İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsini təmin edib. Düşünürəm ki, Azərbaycan hakimiyyətinin ən böyük uğurlarından biri də Azərbaycan qazının dünyaya çıxarılmasına nail olmaqdır. Bir daha qeyd etmək istəyirəm ki, bütün bunlar dövlətimizin inkişafına və möhkəmlənməsinə xidmət edən amillərdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə